Best Food Catering MMC Best Food Catering MMC
  • 309

Best Food Catering MMC

Digər

Texnoloq (qida sənayesi)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texnoloq (qida sənayesi)

  • Deadline 12 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • İstehsalat prosesi zamanı texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
  • İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı əməkdaşlıq etmək;
  • İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasını həyata keçirmək;
  • İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
  • Yeməklərin kalkulyasiya cədvəllərinin və texnoloji-texniki kartların hazırlanması;
  • Məhsulun maya dəyərinin hesablanması və yeni yemək reseptlərinin hazırlanmasında iştirak;
  • Hazır yeməklərdə zülal, yağ və karbohidratların nisbətinin müəyyənləşdirilməsi;
  • Nəzarət prosedurlarının təşkili;
  • İnventarlaşdırma prosesində iştirak və mal-material ehtiyatlarının normativ göstəricilərinə nəzarət, məhsulun silinməsi üzrə nəzarət tədbirlərinin həyata keçirilməsi;
  • Sanitariya və gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə müvafiq nəzarət orqanları ilə əlaqələrin qurulması;
  • Hazır yeməyin keyfiyyətinə dair nəzarətin həyata keçirilməsi;
  • İctimai yemək bazarındakı yeni meyllərin təhlili və bu meyllərə uyğun iş prosesinin koordinasiyası.

Namizədə dair tələblər:

  • Ali texniki təhsil (qida məhsullarının emalı);
  • Sahə üzrə minimum 3 - 5 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);
  • İctimai yemək sahəsində hüquqi tənzimləmə haqqında biliklər;
  • Texnoloji prosesin təşkili prinsiplərinin və prosedurlarının bilikləri;
  • İctimai yemək məhsullarının resepturası və texnologiyası, menyu tərtib etmə qaydaları, xammalın itki və tullantılarının normalarının müəyyən edilməsi metodikası, həmçinin məhsulların əvəzlənməsi və yeməklərin uyğunluğu haqqında biliklər;
  • Yarımfabrikatların, yeməklərin və kulinariya məhsullarının keyfiyyətinə dair tələblərin bilikləri;
  • İctimai yemək məhsullarının orqanoleptik qiymətləndirilməsi və brakerajın aparılması qaydaları haqqında biliklər.

İş şəraiti

  • Əmək haqqı: müsahibə nəticəsində
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 1000 AZN

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərmələri xahiş olunur.

Əlaqə məlumatları: +994 10 311 41 52 – Alisa xanım.

  • Daily0
  • Weekly615
  • Monthly1708