Vəzifə öhdəlikləri
· Direktorun gündəlik iş qrafikinin, görüş və iclaslarının planlaşdırılması və koordinasiyası;
· Direktor tərəfindən verilən tapşırıqların aidiyyəti şəxslərə yönləndirilməsi və icrasının izlənilməsi;
· Görüşlərin, iclasların və işgüzar görüşlərin təşkil edilməsi;
· Direktorun daxili və xarici işgüzar yazışmalarının aparılması;
· Rəsmi məktubların, hesabatların, təqdimatların və digər sənədlərin hazırlanması;
· Daxil olan sənədlərin və məlumatların qəbul edilməsi, sistemləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
· Direktorun işgüzar səfərlərinin və səfərlərlə bağlı təşkilati məsələlərin koordinasiyası;
· Şirkət daxilində struktur bölmələri ilə operativ kommunikasiya və koordinasiyanın təmin edilməsi;
· Görüşlərə gələn tərəfdaşların və qonaqların qarşılanmasının təşkili;
· Direktor üçün zəruri məlumatların müxtəlif mənbələrdən toplanması və ümumiləşdirilməsi;
· Tapşırıqların icra vəziyyəti barədə məlumatların hazırlanması və təqdim edilməsi;
· Sənədlərin və məlumatların məxfiliyinin qorunmasının təmin edilməsi;
· Direktorun verdiyi digər təşkilati və inzibati tapşırıqların icrası.
Namizədə tələblər
· Ali təhsil;
· Direktor assistenti, Executive Assistant, Personal Assistant və ya oxşar vəzifədə iş təcrübəsi;
· Türk dilində sərbəst danışa və işgüzar yazışmalar apara bilmək;
· MS Office proqramları, xüsusilə Word, Excel və PowerPoint ilə sərbəst işləyə bilmək;
· İşgüzar yazışmaları düzgün və peşəkar formada hazırlaya bilmək;
· Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
· Yüksək kommunikasiya və təqdimetmə bacarığı;
· Operativ, məsuliyyətli və detallara diqqətli olmaq;
· Məxfi məlumatlarla düzgün və məsuliyyətli şəkildə işləyə bilmək;
· Nəzakətli, səliqəli və peşəkar görünüşə sahib olmaq.
İş şərtləri
· Əmək haqqı: 800 AZN NET
· İş qrafiki: 6 günlük iş həftəsi
· İş saatları: 08:30–17:30
· Nahar: Şirkət tərəfindən təmin olunur
· İş yeri: Ziya Bünyadov prospekti 20/61, Bakı
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini aşağıdakı əlaqə vasitələri ilə göndərə bilərlər:
E-mail: [email protected]
Telefon: +994 10 243 79 41