Best-Tarim QSC (Beta Tea Azerbaijan) Best-Tarim QSC (Beta Tea Azerbaijan)
  • 837

Best-Tarim QSC (Beta Tea Azerbaijan)

Emal sənayesi , Qida məhsullarının istehsalı

Direktor Assistenti / Executive Assistant

  • Deadline 5 Noyabr 2026

Vəzifə öhdəlikləri

  • Direktorun gündəlik iş qrafikinin, görüş və iclaslarının planlaşdırılması və koordinasiyası;
  • Direktor tərəfindən verilən tapşırıqların aidiyyəti şəxslərə yönləndirilməsi və icrasının izlənilməsi;
  • Görüşlərin, iclasların və işgüzar görüşlərin təşkil edilməsi;
  • Direktorun daxili və xarici işgüzar yazışmalarının aparılması;
  • Rəsmi məktubların, hesabatların, təqdimatların və digər sənədlərin hazırlanması;
  • Daxil olan sənədlərin və məlumatların qəbul edilməsi, sistemləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
  • Direktorun işgüzar səfərlərinin və səfərlərlə bağlı təşkilati məsələlərin koordinasiyası;
  • Şirkət daxilində struktur bölmələri ilə operativ kommunikasiya və koordinasiyanın təmin edilməsi;
  • Görüşlərə gələn tərəfdaşların və qonaqların qarşılanmasının təşkili;
  • Direktor üçün zəruri məlumatların müxtəlif mənbələrdən toplanması və ümumiləşdirilməsi;
  • Tapşırıqların icra vəziyyəti barədə məlumatların hazırlanması və təqdim edilməsi;
  • Sənədlərin və məlumatların məxfiliyinin qorunmasının təmin edilməsi;
  • Direktorun verdiyi digər təşkilati və inzibati tapşırıqların icrası.

Namizədə tələblər

  • Ali təhsil;
  • Direktor assistenti, Executive Assistant, Personal Assistant və ya oxşar vəzifədə iş təcrübəsi;
  • Türk dilində sərbəst danışa və işgüzar yazışmalar apara bilmək;
  • MS Office proqramları, xüsusilə Word, Excel və PowerPoint ilə sərbəst işləyə bilmək;
  • İşgüzar yazışmaları düzgün və peşəkar formada hazırlaya bilmək;
  • Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
  • Yüksək kommunikasiya və təqdimetmə bacarığı;
  • Operativ, məsuliyyətli və detallara diqqətli olmaq;
  • Məxfi məlumatlarla düzgün və məsuliyyətli şəkildə işləyə bilmək;
  • Nəzakətli, səliqəli və peşəkar görünüşə sahib olmaq.

İş şərtləri

  • Əmək haqqı: 800 AZN NET
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş saatları: 08:30–17:30
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • İş yeri: Ziya Bünyadov prospekti 20/61, Bakı

Maraqlanan namizədlər öz CV-lərini email adresinə [email protected] və ya Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Əlaqə: +994 10 243 79 41

  • Daily0
  • Weekly238
  • Monthly489