Best Tech MMC yerli və xarici təchizatçılarla işləyəcək, xüsusilə Çin istehsalçıları ilə əməkdaşlığın qurulmasını və satınalma proseslərinin idarə edilməsini həyata keçirəcək mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri
- Şirkətin fəaliyyətinə uyğun məhsullar üzrə yerli və xarici təchizat bazarını araşdırmaq, potensial təchizatçıları müəyyənləşdirmək;
- Çin istehsalçıları və digər xarici tərəfdaşlarla əlaqələr qurmaq, yazışmalar və danışıqlar aparmaq;
- Yeni istehsalçılar, alternativ məhsullar və daha sərfəli təchizat mənbələri tapmaq;
- Təchizatçıların etibarlılığını, istehsal imkanlarını, məhsullarının keyfiyyətini və əməkdaşlıq şərtlərini qiymətləndirmək;
- Aidiyyəti şöbələrlə birlikdə məhsul ehtiyaclarını müəyyənləşdirmək, anbar qalıqları və satış göstəriciləri əsasında satınalma planları hazırlamaq;
- Məhsulların texniki xüsusiyyətlərini və uyğunluğunu dəqiqləşdirmək, yanlış model və ya uyğun olmayan məhsul sifarişinin qarşısını almaq;
- Təchizatçılardan qiymət təklifləri toplamaq, qiymət, keyfiyyət, zəmanət, ödəniş və çatdırılma şərtləri üzrə müqayisəli cədvəllər hazırlamaq;
- Məhsulun alış qiyməti ilə yanaşı daşınma, gömrük və digər əlaqəli xərcləri nəzərə alaraq ümumi maya dəyərini hesablamaq;
- Miqdar, qiymət, minimum sifariş həcmi, çatdırılma müddəti, ödəniş vəzəmanət şərtlərini razılaşdırmaq;
- Məhsul nümunələrinin gətirilməsini təşkil etmək, texniki heyətlə birlikdə yoxlanılmasını və nəticələrin qiymətləndirilməsini təmin etmək;
- Sifarişləri hazırlamaq, təsdiqə təqdim etmək və təchizatçıya göndərmək;
- Sifarişlər üzrə müqavilə, proforma invoys, kommersiya invoysu, qablaşdırma siyahısı və digər zəruri sənədlərin hazırlanmasını və düzgünlüyünün yoxlanılmasını təmin etmək;
- Sifarişlərin istehsal, hazırlanma, yüklənmə və çatdırılma mərhələlərini izləmək;
- Logistika şirkətləri, gömrük rəsmiləşdirilməsini həyata keçirən tərəflər və şirkətin aidiyyəti əməkdaşları ilə koordinasiyanı təmin etmək;
- Daxil olan məhsulların sifarişə uyğunluğunu anbar və texniki heyətlə birlikdə yoxlamaq;
- Çatışmazlıq, qüsur və uyğunsuzluqlarla bağlı təchizatçılara müraciət etmək, dəyişdirilmə, geri qaytarılma və kompensasiya proseslərini izləmək;
- Təchizatçılar, qiymət təklifləri və sifarişlər üzrə məlumat bazasını aktual saxlamaq;
- Satınalma xərclərini təhlil etmək, qənaət imkanlarını müəyyənləşdirmək və rəhbərliyə dövri hesabatlar təqdim etmək.
Namizədə tələblər
- Satınalma, təchizat və ya xarici ticarət sahəsində iş təcrübəsi;
- Çin istehsalçıları və xarici təchizatçılarla iş təcrübəsi üstünlükdür;
- İngilis dilində işgüzar yazışma və danışıqlar aparmaq bacarığı; Çin dili biliyi üstünlükdür;
- Excel-də müqayisəli cədvəllər, hesablamalar və hesabatlar hazırlamaq bacarığı;
- İdxal sənədləri, beynəlxalq çatdırılma və ödəniş şərtləri barədə biliklər;
- Qiymət danışıqları aparmaq, alternativ təklifləri təhlil etmək və əsaslandırılmış seçim təqdim etmək bacarığı;
- Detallara diqqət, məsuliyyətlilik, operativlik və bir neçə sifarişi eyni vaxtda izləmək bacarığı;
- Komanda ilə işləmək və şöbələrarası koordinasiyanı təmin etmək bacarığı;
- Printer, kartric, toner, ehtiyat hissələri və IT avadanlıqları üzrə məhsul biliyi üstünlükdür.
İş şəraiti
- İş qrafiki: 1-5-ci günlər 09:00-18:00
- Əməkhaqqı: 600-800 Azn arası. Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma və xarici təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.