Toner, kartric və printer məhsulları üzrə B2B və B2C satış bazarında fəaliyyət göstərən BEST TECH komandası, satış sahəsində təcrübəli və motivasiyalı satış üzrə təmsilçi axtarır.
Biz sizə nə təklif edirik?
- Əmək haqqı: 600 - 800 AZN (fix) + satışlardan yüksək faiz
- Uğurlu satışlara görə aylıq bonus sistemi
- Mövcud müştəri bazası və satış imkanları
- Peşəkar və dəstəkləyici mühit
- Rəsmi əmək müqaviləsi
- Orta aylıq gəlir: 1000–1500 AZN və daha çox
Vəzifə öhdəlikləri:
- Toner, kartric və printer məhsullarının B2B və B2C satışları
- Potensial müştərilərlə sahəvi görüşlər və təqdimatlar
- Müştəri portfelinin idarə olunması və xidmət keyfiyyətinin qorunması
- Yeni satış kanallarının və bazarların araşdırılması
- Satış sonrası əlaqələrin qurulması və davamlı əməkdaşlığın təşkili
- Həftəlik və aylıq hesabatların hazırlanması
- İş qrafiki: Həftənin 6 günü (Bazar günü istirahət)
Gözləntilər:
- 1–2 il aktiv satış və texniki məhsul sahəsində təcrübə (xüsusilə çöldə satış)
- Yüksək ünsiyyət bacarığı və inandırıcılıq qabiliyyəti
- Printer, toner və kartriclərlə bağlı ilkin texniki biliklər
- Fəal, təşəbbüskar və nəticəyönümlü yanaşma
- Azərbaycan dili – əla, rus dili – üstünlükdür
- MS Office, xüsusilə Excel proqramlarında sərbəst işləmək bacarığı
Müraciət üçün CV-nizi "Satış üzrə təmsilçi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.