Avtomatlaşdırma QA üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomatlaşdırma QA üzrə Mütəxəssis

  • Deadline 23 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas Məqsəd

  • Məhsuldar olmaq və şirkətə fayda gətirmək

Öhdəliklər

  • C# back-end API və React/Angular front-end üçün avtomatlaşdırılmış test framework-un dizaynı həyata keçirilməsi və davamlılığını təmin edilməsi
  • Yeni və mövcud funksionallıqlar üçün geniş test əhatə dairəsini təmin edilməsi
  • Tələbləri, qəbul meyarlarını anlamaq və test strategiyalarını müəyyənləşdirmək üçün məhsul sahibləri və proqramçılarla vəhdətdə işləməli
  • Qarşıdan gələn funksionallıqların test edilə bilməsi üçün sprint planlaşdırmasında iştirak etməli
  • Inteqrasiya və end-to-end testlər kimi avtomatlaşdırılmış test ssenarilərini CI/CD mühitində işə salmalı və nəticələri təhlil etməli
  • Tapılmış qüsurları(bug) aydın və konkret şəkildə sənədləşdirib, onların həll prosesini izləməli
  • Test prosesi, əhatə dairəsi və potensial keyfiyyət riskləri barəsində müntəzəm olaraq rəy verməli
  • QA prosesini, alətləri və avtomatlaşdırılmış test framework-i təkmilləşdirmək üçün imkanları araşdırmalı
  • Keyfiyyəti və məhsuldarlığı artırmaq üçün yeni test metodologiyaları, ən yaxşı təcrübələr və alətləri araşdırmalı və komanda ilə bölüşməli
  • Avtomatlaşdırma və test yanaşmaları ilə bağlı gənc QA mütəxəssislərini və ya komanda üzvlərini istiqamətləndirməli
  • Avtomatlaşdırılmış testləri (məsələn, GitHub Actions, Azure DevOps,) CI/CD prosesi ilə inteqrasiya etməli

Bacarıqlar

  • MSTest, xUnit, NUnit kimi ən azı bir .NET test çərçivəsi ilə iş təcrübəsi olmalı
  • Moq kimi moking framework-i və API test üçün ən yaxşı təcrübələrdən xəbərdar olmalı
  • Jest və React Testing Library (və ya React üçün E2E testlərdə Cypress/Playwright) ilə iş bacarığı olmalı
  • İsteğe bağlı: Protractor (deprekasiya olunub, amma bəzi layihələrdə hələ istifadə edilir) və ya Angular üçün E2E testlərdə Cypress və ya Playwright istifadə təcrübəsi olmalı
  • Azure DevOps, GitHub Actions, Jenkins və s. kimi CI/CD mühitlərində testlərin qurulması və icrasında praktiki təcrübəsi olmalı
  • Swagger, Postman və ya HttpClient (MSTest/NUnit) kimi alətlərdən istifadə edərək avtomatlaşdırılmış API testlərini dizayn və icra etmə bacarığı olmalı
  • Tələbləri araşdırmaq, kənar halları (edge cases) müəyyənləşdirmək və mürəkkəb məsələləri həll etmək bacarığı olmalı
  • Yüksək yazılı və şifahi kommunikasiya bacarığı (fikirləri aydın çatdırmaq).
  • Aqil/Scrum və Waterfall mühitlərində işləmək təcrübəsi, müştərək fəaliyyətə açıq olmalı
  • Müstəqil işləmə, iş həcmini planlaşdırma və prosesi təkmilləşdirmək üçün təşəbbüs göstərməli 
  • Şəxsi texniki xüsusiyyətləri

Diplom:

  • Kompüter proqramlaşdırma, kompüter elmləri və ya bitişik sahə üzrə bakalavr dərəcəsi.

Təcrübə:

  • 1–3 illik QA Avtomatlaşdırma sahəsində təcrübə, həm back-end, həm də front-end test sferası ilə bağlı iş təcrübəsi.
  • Texnologiyalar ilə işləmək bacarığı:
  • BDD framework (SpecFlow, Selenium, Cucumber, Apium) ilə təcrübə
  • Performance test alətləri (JMeter) üzrə təcrübə.
  • Konteynerləşdirmə və bulud servisləri (Docker, Azure) haqqında ümumi biliklər.
  • Təhlükəsizlik testlərinin əsas prinsip anlayış bilikləri
  • Mikro servis, Sevis yönümlü, Monolit arxitekturalar ilə iş təcrübəsi
  • SQL sorğularının yazma təcrübəsi

Dillər:

  • Azeri əla, rus və ingilis yaxşı (yazı və şifahi)

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər cv-ləri “Avtomatlaşdırma QA üzrə Mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly2299