Layihədəki bütün fəaliyyətlərin (İT və sistem inteqrasiyası, proqram təminatının hazırlanması) keyfiyyət standartlarına, layihənin spesifikasiyasına və metdologiyalara cavab verdiyini təmin etmək, keyfiyyətə nəzarət və keyfiyyət təminatı proseslərini həyata keçirmək.
Vəzifə öhdəlikləri
- Keyfiyyətə nəzarət və zəmanət prosedurlarının hazırlanması və tətbiqi.
- Materialların, avadanlıqların və sistemlərin yoxlanılması, auditlərin və sınaqların aparılması.
- Layihə spesifikasiyalarına, standartlara və qaydalara uyğunluğu təmin etmək.
- Təchizatçı və subpodratçıların keyfiyyət prosedurlarını nəzərdən keçirmək.
- Keyfiyyət qeydləri və sənədləşmənin aparılması.
- Uyğunsuzluqları müəyyənləşdirmək və korrektiv/preventiv tədbirlər təklif etmək.
- Layihə komandaları ilə əməkdaşlıq edərək davamlı keyfiyyət təkmilləşdirməsinə dəstək vermək.
Davranış bacarıqları
- Effektiv kommunikasiya bacarıqları
- Diqqətlilik və analitik düşüncə qabiliyyəti.
- Güclü ünsiyyət və hesabatvermə bacarıqları.
- Müstəqil və komanda şəklində işləmə bacarığı.
- Vaxtın idarə olunması və təşkilati bacarıqlar.
- Layihə tələblərinə və dəyişən standartlara uyğunlaşmaq bacarığı.
Xüsusi tələblər
- Kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- Müvafiq sahədə 2 il iş təcrübəsinin olması
- Müxtəlif yoxlama, test və audit prosedurlarını icra etmək bacarığı.
- Keyfiyyət idarəetmə sistemləri (QMS), statistik alətlər, qüsur izləmə proqramlarında işləmək bacarığı.
- Keyfiyyət hesabatlarının, yoxlama və test planlarının (ITP), metodoloji izahların hazırlanması və yoxlanılması.
- Keyfiyyət problemlərinin səbəblərini (Kök səbəb analizi) təhlil etmək və həll yolları tapmaq bacarığı.
Üstünlük hesab olunur
- Müvafiq İSO standartları üzrə daxili auditor və ya xarici auditor sertifikatlarının olması
- İT layihələrində Keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə təcrübəsinin olması
- İngilis dili biliyinin olması
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.