Keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə mühəndis (QA/QC Engineer)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə mühəndis (QA/QC Engineer)

  • Истекает 15 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Layihədəki bütün fəaliyyətlərin (İT və sistem inteqrasiyası, proqram təminatının hazırlanması) keyfiyyət standartlarına, layihənin spesifikasiyasına və metdologiyalara cavab verdiyini təmin etmək, keyfiyyətə nəzarət və keyfiyyət təminatı proseslərini həyata keçirmək.
Vəzifə öhdəlikləri

  • Keyfiyyətə nəzarət və zəmanət prosedurlarının hazırlanması və tətbiqi.
  • Materialların, avadanlıqların və sistemlərin yoxlanılması, auditlərin və sınaqların aparılması.
  • Layihə spesifikasiyalarına, standartlara və qaydalara uyğunluğu təmin etmək.
  • Təchizatçı və subpodratçıların keyfiyyət prosedurlarını nəzərdən keçirmək.
  • Keyfiyyət qeydləri və sənədləşmənin aparılması.
  • Uyğunsuzluqları müəyyənləşdirmək və korrektiv/preventiv tədbirlər təklif etmək.
  • Layihə komandaları ilə əməkdaşlıq edərək davamlı keyfiyyət təkmilləşdirməsinə dəstək vermək.

Davranış bacarıqları

  • Effektiv kommunikasiya bacarıqları
  • Diqqətlilik və analitik düşüncə qabiliyyəti.
  • Güclü ünsiyyət və hesabatvermə bacarıqları.
  • Müstəqil və komanda şəklində işləmə bacarığı.
  • Vaxtın idarə olunması və təşkilati bacarıqlar.
  • Layihə tələblərinə və dəyişən standartlara uyğunlaşmaq bacarığı.

Xüsusi tələblər

  • Kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • Müvafiq sahədə 2 il iş təcrübəsinin olması 
  • Müxtəlif yoxlama, test və audit prosedurlarını icra etmək bacarığı.
  • Keyfiyyət idarəetmə sistemləri (QMS), statistik alətlər, qüsur izləmə proqramlarında işləmək bacarığı. 
  • Keyfiyyət hesabatlarının, yoxlama və test planlarının (ITP), metodoloji izahların hazırlanması və yoxlanılması.
  • Keyfiyyət problemlərinin səbəblərini (Kök səbəb analizi) təhlil etmək və həll yolları tapmaq bacarığı.

Üstünlük hesab olunur

  • Müvafiq İSO standartları üzrə daxili auditor və ya xarici auditor sertifikatlarının olması
  • İT layihələrində Keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə təcrübəsinin olması
  • İngilis dili biliyinin olması

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily94
  • Weekly217
  • Monthly2666