Əməliyyatlar və İnkişaf üzrə Rəhbər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməliyyatlar və İnkişaf üzrə Rəhbər

  • Deadline 15 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin əsas məqsədi:
Şirkətin əməliyyat fəaliyyətinin fasiləsiz və koordinasiyalı idarə olunmasını təmin etmək, satış və inkişaf proseslərini gücləndirmək, şöbələrarası inteqrasiyanı qurmaq və biznesin dayanıqlı inkişafını dəstəkləmək.

Əsas vəzifə və öhdəliklər:

Əməliyyat idarəetməsi

  • Şirkətin gündəlik əməliyyat proseslərinə ümumi nəzarət etmək 
  • Şöbələrarası koordinasiyanı təmin etmək 
  • İş axınında yaranan problemləri operativ həll etmək 
  • Daxili prosedur və qaydaların icrasına nəzarət etmək 

Satış və inkişaf istiqaməti

  • Satış göstəricilərini mütəmadi izləmək və təhlil etmək 
  • Satış komandası ilə sıx əməkdaşlıq etmək 
  • Yeni inkişaf imkanlarını müəyyənləşdirmək və təkliflər vermək 
  • Gəlir artırıcı təşəbbüslər hazırlamaq və tətbiq etmək 

Marketinq koordinasiyası

  • Marketinq fəaliyyətlərinin biznes hədəflərinə uyğunluğunu təmin etmək 
  • Kampaniyaların effektivliyini qiymətləndirmək 
  • Satış və marketinq arasında inteqrasiyanı gücləndirmək 

HR koordinasiyası

  • HR şöbəsi ilə birlikdə işçi ehtiyaclarını planlaşdırmaq 
  • Şöbə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək 
  • Komanda performansını izləmək və inkişaf istiqamətlərini müəyyən etmək 

Təchizat, logistika və nəqliyyat

  • Təchizat proseslərinin fasiləsizliyinə nəzarət etmək 
  • Logistika axınlarını koordinasiya etmək 
  • Nəqliyyat fəaliyyətini planlaşdırmaq və marşrut səmərəliliyini artırmaq 
  • Çatdırılma proseslərində gecikmələri aradan qaldırmaq 
  • Resursların optimal istifadəsini təmin etmək 

Hesabatlılıq və analiz

  • Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək 
  • KPI göstəricilərini izləmək və təhlil etmək 
  • Riskləri müəyyənləşdirmək və həll planları hazırlamaq 

Səlahiyyətlər:

  • Şöbələrarası koordinasiya qərarları vermək 
  • Gündəlik əməliyyat proseslərini yönləndirmək 
  • Şöbə rəhbərlərindən hesabat tələb etmək 
  • Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək 
  • Əməliyyat səmərəliliyini artırmaq üçün təşəbbüslər irəli sürmək 

Tabeçilik:

  • Birbaşa şirkət rəhbərinə tabedir.

Kurasiya etdiyi istiqamətlər:

  • Satış 
  • Marketinq 
  • HR 
  • Muhasibatlıq
  • Təchizat 
  • Logistika 
  • Nəqliyyat 

Əsas nəticə gözləntisi:

Şirkətin bütün əsas əməliyyat sahələrində koordinasiyanı gücləndirmək, prosesləri sistemləşdirmək və biznesin inkişaf tempini artırmaq.

İş şərtləri:

  • İş yeri: Yasamal rayonu 
  • İş qrafiki: 5 iş günü 
  • İş saatı: 09:00 – 18:00 
  • Əmək haqqı: 3000 AZN + bonus 

Müraciət:

CV-lərinizi mövzu hissəsində “Əməliyyatlar və İnkişaf üzrə rəhbər” qeyd etməklə Müraciət Et  düyməsində göstərilən elektron poçt ünvanına - [email protected] göndərməyiniz xahiş olunur.

  • Daily12
  • Weekly492
  • Monthly1585