Tikinti sektorunda sənədləşmə və anbar uçotu üzrə təcrübəyə malik, məsuliyyətli, diqqət və analitik düşüncə tərzinə sahib, MS Office üzrə yaxşı bilklərə malik Anbardar axtarırıq.
Əsas vəzifələr
- Anbara daxil olan və çıxan malların sənədləşdirilməsi və uçotunun aparılması;
- Qaimələrin, təhvil-təslim aktlarının və digər anbar sənədlərinin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi;
- Anbar qalıqlarına nəzarət və mütəmadi hesabatların hazırlanması;
- 1C, ERP və ya digər uçot sistemlərində əməliyyatların düzgün və vaxtında icra edilməsi;
- İnventarizasiya prosesində iştirak və uyğunsuzluqların araşdırılması;
- Satınalma, logistika və maliyyə şöbələri ilə koordinasiyalı işləyərək sənəd dövriyyəsinin düzgün aparılmasının təmin edilməsi.
Namizədə tələblər
- Tikinti sahəsində anbardar kimi iş təcrübəsi mütləqdir;
- Tikinti materialları haqqında biliklərə malik olmaq;
- Anbar uçotu və sənədləşmə işlərini bilmək;
- 1C, ERP və ya digər anbar idarəetmə proqramları ilə işləmək bacarığı (üstünlükdür);
- MS Excel üzrə yaxşı biliklər;
- Diqqətlilik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı.
İş şəraiti
- İş yeri: Babək prospekti, Əlişir Nəvai küçəsi 11
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 1000 - 1500 AZN (net)
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Anbardar" qeyd etməklə göndərin.
Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.