Anbardar

  • Истекает 6 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tikinti sektorunda sənədləşmə və anbar uçotu üzrə təcrübəyə malik, məsuliyyətli, diqqət və analitik düşüncə tərzinə sahib, MS Office üzrə yaxşı bilklərə malik Anbardar axtarırıq. 

Əsas vəzifələr

  • Anbara daxil olan və çıxan malların sənədləşdirilməsi və uçotunun aparılması;
  • Qaimələrin, təhvil-təslim aktlarının və digər anbar sənədlərinin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi;
  • Anbar qalıqlarına nəzarət və mütəmadi hesabatların hazırlanması;
  • 1C, ERP və ya digər uçot sistemlərində əməliyyatların düzgün və vaxtında icra edilməsi;
  • İnventarizasiya prosesində iştirak və uyğunsuzluqların araşdırılması;
  • Satınalma, logistika və maliyyə şöbələri ilə koordinasiyalı işləyərək sənəd dövriyyəsinin düzgün aparılmasının təmin edilməsi.

Namizədə tələblər

  • Tikinti sahəsində anbardar kimi iş təcrübəsi mütləqdir;
  • Tikinti materialları haqqında biliklərə malik olmaq;
  • Anbar uçotu və sənədləşmə işlərini bilmək;
  • 1C, ERP və ya digər anbar idarəetmə proqramları ilə işləmək bacarığı (üstünlükdür);
  • MS Excel üzrə yaxşı biliklər;
  • Diqqətlilik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı.

İş şəraiti

  • İş yeri: Babək prospekti, Əlişir Nəvai küçəsi 11
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 1000 - 1500 AZN (net)

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Anbardar" qeyd etməklə göndərin.

Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily6
  • Weekly583
  • Monthly584