Betonist Betonist
  • 471

Sahə mühəndisi (Prefabrik dəmir-beton məmulatları üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə mühəndisi (Prefabrik dəmir-beton məmulatları üzrə)

  • Deadline 20 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  •  İş yeri: Azərbaycan Respublikası Ərazisi 
  • İş qrafiki: Tam ştat  
  •  Əmək haqqı: Müsahibə əsasında təyin olunur   

Əsas vəzifə öhdəlikləri: 

  • Prefabrik dəmir-beton konstruksiya elementlərinin və bünövrələrin layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması.
  • Yerində beton tökmə işləri ilə əlaqədar layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması.
  • Geologiya sənədlərini elmi əsaslarla təhlil etmək, qazma işlərinin sahədə normativ-texniki tələblərə uyğun şəkildə aparılmasına nəzarət göstərmək, bünövrə üçün təqdim edilmiş kipləşdirilmiş dolğu materialının geotexniki göstəricilər əsasında uyğunluğunu qiymətləndirmək və kipləşdirmə prosesini texnoloji tələblərə uyğun şəkildə idarə etmək.
  • Montaj öncəsi konstruksiya elementlərinin ölçülərini, uyğunluğunu və sayını layihə ilə müqayisəli şəkildə yoxlamaq. 
  • Avtokran, qaldırıcı və digər xüsusi texnikanın işini düzgün planlaşdırmaq və rəhbərlik etmək. 
  • Montaj zamanı istifadə olunan birləşmə materiallarının (qumsement məhlulu, qaynaq, bolt, anker və s.) keyfiyyətinə nəzarət etmək. 
  • Keyfiyyətə nəzarət sənədləri, montaj aktları və icra sənədlərini hazırlamaq. 
  • Podratçılar, texniki nəzarət, layihəçi və digər tərəflərlə işgüzar əlaqələri idarə etmək. 
  • Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi. 
  • Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi. 

Namizəddən gözləntilər və tələblər: 

  • Mühəndislik və ya tikinti sahəsi üzrə ali təhsil 
  • Komandada idarəetmə və qərarvermə qabiliyyəti; 
  • Güclü analitik və təşkilatçılıq bacarıqları; 
  • MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı; 
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür. 
  • Komandada işləmək bacarığı, məsuliyyətli və dəqiq iş prinsipi. 
  • Azərbaycan ərazisi üzrə ezamiyyətə gedilməsi. 
  • Sürücülük vəsiqəsinin olması zəruridir, şəxsi avtomobillin olması üstünlükdür. 

Biz sizə təklif edirik: 

  • Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı. 
  • Davamlı peşəkar inkişaf və təlim dəstəyi. 
  • Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı. 
  • Rəqabətli əmək haqqı. 
  • Karyera yüksəlişi perspektivi. 

Müraciət qaydası: 

CV-nizi və əgər varsa portfolionuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Sahə Mühəndisi” başlığı ilə  göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily84
  • Weekly453
  • Monthly1021