Mühafizəçi

  • Deadline 22 Fevral 2025

Betta

About company

“BETTA” MMC 12 ildən çox tarixə malik yerli mühafizə şirkətidir. Şirkət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 041300 saylı lisenziyaya əsasən Azərbaycan Respublikasının “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanun” əsasında fəaliyyət göstərir. 

  • “BETTA” MMC tərəfindən mühafizə olunan bütün obyektlərdə aşağıdakı funksiyalar həyata keçirilir: 
  • 24/7 canlı mühafizə və elektron təhlükəsizlik xidməti
  • İşçilər və qonaqlar ilə effektiv əlaqə
  • Sahənin/obyektin patrul və nəzarəti
  • Giriş-çıxışa nəzarət və idarəetmə
  • Hadisələrin müvafiq qanunla müəyyən edilmiş çərçivədə araşdırılması və hesabatı
  • Fövqəladə hallarda təxliyyənin təmin edilməsi
  • Yanğından mühafizə və yanğınsöndürmə tədbirləri
  • Elektron və fiziki təhlükəsizlik tədbirlərinin daimi nəzarəti
  • Yerli hüquq-mühafizə orqanları əməkdaşları ilə əlaqə
  • Obyekt üzrə daxili mühafizə qaydaları, plan və təlimatların hazırlanması
  • Şəxsi heyət üçün təlimlərin təşkili və keçirilməsi
  • Təhlükəsizliklə bağlı mövcud boşluqların aşkarlanması, onların aradan qaldırılması istiqamətində tələb və təkliflərin irəli sürülməsi və həlli
  • Fövqəladə hallar planı; işdə zorakılıq, partlayıcı maddə təhdidləri, terrorizm, kütləvi zəhərlənmə və s. bu kimi hallara qarşı müvafiq tədbirlərin görülməsi