İngilis dili tədrisi sahəsində fəaliyyət göstərən Beynəlxalq Təhsil Mərkəzi komandamıza peşəkar, motivasiyalı və məsuliyyətli General English Müəllimi dəvət edir.
Kvalifikasiya tələbləri
- İngilis dili müəllimliyi, Tərcümə və ya digər müvafiq ingilisdilli ixtisas üzrə ali təhsil;
- IELTS minimum 7.0 (C1 səviyyəsi) sertifikatı;
- General English üzrə minimum 1–2 il tədris təcrübəsi;
- CELTA, TEFL, TESOL və ya TKT sertifikatlarından hər hansı birinə sahib olmaq üstünlükdür;
- A1–B2 səviyyələri üzrə qrup və fərdi dərslərin tədrisi bacarığı;
- Güclü ünsiyyət, təqdimat və sinif idarəetmə bacarıqları;
- Məsuliyyətli, nəticəyönümlü və komandada səmərəli işləmək bacarığı;
- Rus dili biliyi üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri
- A1–B2 səviyyələri üzrə dərslərin tədris proqramına uyğun şəkildə tədris edilməsi;
- Dərs planlarının hazırlanması və effektiv tədris metodlarının tətbiqi;
- Tələbələrin akademik inkişafının mütəmadi izlənilməsi və qiymətləndirilməsi;
- Dərs prosesinə dair hesabatların hazırlanması və tələbə davamiyyətinin nəzarətdə saxlanılması;
- Tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində müəssisənin daxili standartlarına riayət edilməsi.
İş şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Əməkhaqqı: 800 AZN-dən başlayaraq + bonus sistemi (namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir);
- İş qrafiki: Tam iş günü (Bazar ertəsi – Şənbə);
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov prospekti 690 (Koroğlu metro stansiyasının yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini "General English Müəllimi" başlığı ilə aşağıdakı əlaqə vasitəsinə göndərmələri xahiş olunur.
Əlaqə / WhatsApp: 051 426-25-92
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.