Ünvan: Bakı şəhəri.
Vəzifə öhdəlikləri
- Şirkətin strateji hədəflərinin müəyyən edilməsi və həyata keçirilməsində Direktorla birgə iştirak etmək;
- Direktorun birbaşa tapşırıqlarını icra etmək, onun olmadığı hallarda müvafiq səlahiyyətlər çərçivəsində şirkətin fəaliyyətini koordinasiya etmək;
- Yerli və beynəlxalq səviyyədə yüksək vəzifəli şəxslər, dövlət qurumları, korporativ müştərilər və strateji tərəfdaşlarla keçirilən görüşlərdə şirkəti təmsil etmək;
- Şirkətin maraqlarını rəsmi danışıqlarda, biznes görüşlərində, konfranslarda və digər işgüzar tədbirlərdə təmsil etmək;
- Yeni müştərilərin, biznes tərəfdaşlarının və kommersiya imkanlarının müəyyən edilməsi, cəlb olunması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasını təmin etmək;
- Şirkətin fəaliyyət istiqamətlərinə uyğun yeni bazarların, layihələrin və investisiya imkanlarının araşdırılmasını və inkişaf etdirilməsini həyata keçirmək;
- Şirkətin beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi və yeni biznes əlaqələrinin qurulması istiqamətində fəaliyyət göstərmək;
Tələblər
- Təhsil dərəcəsi – Ali təhsil;
- İngilis və Rus dili – sərbəst işgüzar ünsiyyət;
- Beynəlxalq şirkətlərlə danışıqlar təcrübəsi;
- Ezamiyyətə-açıq;
- Yüksək səviyyəli rəhbər və dövlət qurumları ilə kommunikasiya bacarığı;
- Biznesin inkişafı və strateji idarəetmə təcrübəsi;
- Güclü təqdimat və nümayəndəlik bacarığı;
- Logistika, freight forwarding, port operations və ya supply chain sahəsində təcrübə.
İş şəraiti
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: müsahibə əsasında namizədin bilik və bacarığına və bazar tələblərinə uyğun təyin ediləcəkdir.
Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Kommersiya direktoru) emailda Mövzu (Subject) bölməsində qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərin.