Binagadi Oil Company Binagadi Oil Company

Binagadi Oil Company

Oil & Gas Drilling

Avtomobil dəmirçisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Avtomobil dəmirçisi

  • Истекает 22 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Struktur bölmə: Neft-mədən avadanlıqlarının və nəqliyyatın təmiri sexi

İş yeri: Bakı şəhəri, Binəqədi qəsəbəsi

Ezamiyyətlər: Nəzərdə tutulmur

Sınaq müddəti: Minimum 3 ay

Tələblər:

  • Peşə təhsili (müvafiq sahə üzrə diplom, sertifikat və ya şəhadətnamə);
  • Yaş həddi 20 və yuxarı;
  • Avtomobillərin və xüsusi texnikaların təmiri (dəmirçilik) sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Oksigen-asetilen, qaz qaynaq kəsicilərlə və ya nöqtəvi (arzu olunan) qaynaq aparatları ilə işləmə bacarığı;
  • İntizamlı, məsuliyyətli və dəqiq olması;
  • Kollektivdə işləmək bacarığı;
  • Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.

Biliklər:

  • Avtomobil kuzovlarının strukturu, fərqli metal və xəlitələrin (dəmir, plastik) xüsusiyyətlərini bilmək;
  • Kuzov korreksiyası (çəkmə, düzəltmə) stendlərinin (stend/robot), hidravlik avadanlıqların və pnevmatik alətlərin iş prinsiplərini bilmək;
  • Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarını bilmək.

Funksional vəzifələr:

  • Zədələrin diaqnostikası: Qəzalı və ya korroziyaya uğramış avtomobillərin, xüsusi texnikaların kuzov zədələrini müəyyən etmək, həndəsi ölçülərinin (şassi oxlarının) yayınıb-yayınmadığını yoxlamaq;
  • Düzəltmə və bərpa işləri: Avtomobilin əyilmiş, batmış dəmir hissələrini xüsusi alətlərlə əvvəlki orijinal formasına qaytarmaq;
  • Şassi təmiri (çəkmə): Ağır qəzalı texnikaların çərçivələrini (rama) və şassilərini kuzovdüzəltmə  qaydalarına uyğun dartaraq zavod ölçülərinə gətirmək;
  • Dəyişdirmə və kəsmə: Bərpası mümkün olmayan kuzov detallarını kəsib çıxarmaq və yenisi ilə əvəzləmək;
  • Sökülüb-yığılma: Təmirə mane olan detalların sökülməsi və təmirdən sonra yerinə düzgün montaj edilməsi;
  • Korroziyaya qarşı işlər: Çürümüş hissələrin kəsilməsi, yerinə yeni metal yamaqların qoyulması və tikişlərin hamarlanması.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00 (həftədə 5 gün);
  • Servis xidməti mövcuddur (avtobus);
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Peşəkar inkişaf imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Zəhmət olmasa, yalnız tələb olunan meyarlara uyğun gələn namizədlər öz CV-lərini təqdim etsinlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily1
  • Weekly652
  • Monthly2037