İş təsviri:
- Bitkiçilik sahəsində cari və perspektiv tapşırıqların yerinə yetirilməsi;
- Aqronom heyəti tərəfindən təyin edilmiş işlər üzrə, təsdiq edilmiş işçilik qaydaları və təlimatları ilə briqadirin nəzarəti altında istixana daxilində bitkilərə qulluq etməsi;
- İstixana daxilində bitkilərdə yarana biləcək və ya baş vermiş xəstəliklərlə bağlı dərhal briqadirə və ya aqronoma məlumat verməli;
- İstixana ərazisində bitkiyə qulluq (Yarpaq dolama, budama, bicalma, salxıma dəstək, yatırma, yığım) işlərinin təsdiq edilmiş qaydalar əsasında yerinə yetirilməsi;
- Bitkiçilik sahəsi işlərin prinsiplərini tam olaraq anlamalı, əgər bilmədiyi, əmin olmadığı mövzular varsa bir üst rəhbərdən dəstək istəməlidir;
- İstixana daxilində yerləşən prosedur qaydaları və təlimatları riayət etməli;
- İstixanada bitki xəstəlikləri və zərərvericiləri aşkar edildikdə dərhal briqadirə və ya aqronoma bildirməli və geniş yayılmış xəstəlik barədə məlumat verməlidir;
- Əkin sahəsində rastlaşdığı gündəlik problemlərin həllində köməklik göstərməli;
- Bitkiçilik tərəfindən müəyyən olunmuş vəzifə və tapşırıqların vaxtlı-vaxtında həyata keçirilməsi;
- Bitkiləri mühafizə etməli və qorumalıdır;
Tələblər:
- Orta/Natamam orta
- Yaş: 18-55
- Bitkiçilik biliklərinin olması arzuolunandır.
- Verilən tapşırıqları dəqiq yerinə yetirən, kollektivə tez uyğunlaşan, çevik
- Qadın namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki ( 1 gün istirahət)
- Əmək haqqı: 460 AZN ( nett) + fəaliyyətdən asılı olaraq bonus 40 AZN
- Nahar və servis müəssisə tərəfindən qarşılanır.
- Servis ünvanları: Koroğlu mst, Hövsan, Türkan qəsəbələri
- İş ünvanı: Bakı şəh, Binə sovxozu
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.