Əsas vəzifə və öhdəliklər:
- Tibbi avadanlıqların quraşdırılması və texniki baxışı prosesində Servis Mühəndisinə köməklik göstərmək;
- Avadanlıqların diaqnostikası və təmiri zamanı texniki dəstək vermək;
- Müştəri ünvanlarına gedərkən ehtiyat hissələrinin və lazımi alətlərin daşınmasını və hazırlanmasını təmin etmək;
- Görülmüş işlər üzrə sadə texniki hesabatların hazırlanmasında iştirak etmək;
- Servis mərkəzindəki alət və avadanlıqların səliqəli saxlanılmasına nəzarət etmək;
- Baş mühəndis tərəfindən verilən digər texniki tapşırıqları icra etmək.
Tələblər:
- Təhsil: Elektronika, elektrotexnika, mexanika və ya biomedikal mühəndislik sahəsi üzrə;
- Təcrübə: İş təcrübəsi minimum 1 il ( texniki cihazlara maraq və təməl biliklər mütləqdir);
- Öyrənməyə meyilli, nizam-intizamlı və punktual;
- Fiziki olaraq aktiv iş mühitində çalışmağa hazır olmaq;
- Bəylərə üstünlük verilir.
İş şəraiti
- İş yeri: Ofis / Sahə
- İş şərtləri: Maaş: 600 – 1000 AZN (təcrübə və bacarıqlara görə dəyişə bilər);
- İş qrafiki: 6 iş günü, 09:00 – 18:00;
Karyera imkanı: İş prosesini qısa müddətdə mənimsəyən namizəd üçün gələcəkdə "Servis Mühəndisi" vəzifəsinə yüksəlmə şansı.
Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində: “Servis Mühəndisi Köməkçisi” qeyd edilməlidir.