BioHerbal Baku MMC Orzax Azərbaycan BioHerbal Baku MMC Orzax Azərbaycan
BioHerbal Baku MMC Orzax Azərbaycan

BioHerbal Baku MMC Orzax Azərbaycan

Emal sənayesi , Əczaçılıq məhsullarının istehsalı

Medikal tanıtım nümayəndəsi (Bakı / Abşeron ray.-Sumqayıt)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Medikal tanıtım nümayəndəsi (Bakı / Abşeron ray.-Sumqayıt)

  • Deadline 8 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Medikal tanıtım nümayəndəsi (Bakı) / Medikal tanıtım nümayəndəsi (Abşeron ray.-Sumqayıt)

2015-ci ildə təsis edilmiş Bioherbal Baku şirkəti, sağlamlıq və gözəllik sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur. 10 ildən çox təcrübəmizlə biz, dünyanın aparıcı istehsalçılarının yüksək keyfiyyətli vitaminləri, qida əlavələri, tibbi və kosmetoloji vasitələrini ölkəmizə gətirərək yerli bazarda etibarlı təchizat zənciri formalaşdırmışıq.

Biz sadəcə idxal və məhsulların paylanması ilə kifayətlənmirik, eyni zamanda təmsil etdiyimiz beynəlxalq brendlərin ORZAX, MOSSİ, IYON, SHINIQ, DAY2DAY və digər qlobal markaların Azərbaycanda tam hüquqlu rəsmiləşdirilməsi, strateji marketinqi və PR işlərinin təşkilində dərin təcrübəyə malikik. Azərbaycanda kateqoriya inkişafında mühüm rol oynayan brend olaraq ölkənin böyük aptek şəbəkələri və qabaqcıl xəstəxanaları ilə sıx əməkdaşlığımız sayəsində məhsulların hər bir istehlakçıya vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin edirik.

BioHerbal Baku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.

Vəzifənin məqsədi

  • Medikal Tanıtım Nümayəndəsi  məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
  • Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd  məhsulların həkimlər

tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.

İş öhdəlikləri

  • Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.)  məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
  • Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
  • Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
  • Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
  • Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
  • Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
  • Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək

Namizədə tələblər

Təhsil (aidiyyatlı ixtisaslar):

  • Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.

Təcrübə:

  • Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır
  • Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə

Digər tələblər:

  • Həkimlərlə peşəkar kommunikasiya bacarığı
  • Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
  • Səyyar iş rejiminə uyğunluq
  • MS Office bilikləri
  • Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
  • Yaş aralığı: 25 – 40 

İş yeri: Bakı

İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)

Təklif etdiklərimiz

  • 800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
  • Premya sistemi
  • Qidalanma kartı
  • Yol xərci və ya avtomobil varsa yanacaq  kartı
  • Davamlı təlim və inkişaf imkanları
  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Bu vakansiya kimlər üçün Deyil

  • “Sadəcə satış etmək istəyirəm” deyənlər
  • Elmi mövzulara maraqsız olanlar
  • Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər

Bu vəzifə sahədə brend məhsulların elmi təmsilçisidir.

Mövzü hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily0
  • Weekly363
  • Monthly844