Tibbi Nümayəndə

  • Истекает 27 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

BioHerbal Baku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.

Bu çərçivədə komandamıza Tibbi Nümayəndə axtarırıq.

  • Tibbi nümayəndə - Bakı, Sumqayıt
  • Tibbi nümayəndə - Quba - Xaçmaz - Qusar
  • Tibbi nümayəndə - Lənkəran 

Vəzifənin məqsədi

  • Tibbi  Nümayəndə  məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
  • Bu vəzifədə  əsas məqsəd  məhsulların həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.

İş öhdəlikləri

  • Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.)  məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
  • Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
  • Həkimlərdən gələn elmi sual və etirazların  mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
  • Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
  • Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
  • Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
  • Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək

Namizədə tələblər

Təhsil (aidiyyatlı ixtisaslar):

  • Ali Təhsil 
  • Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər sahələr üzrə ali təhsil üstünlükdür.
  • Minimum 2 il tibbi nümayəndə olaraq  təcrübə

Digər tələblər:

  • Mövcüd həkim portfelinə sahib
  • Peşəkar kommunikasiya bacarığı
  • Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
  • Səyyar iş rejiminə uyğunluq
  • MS Office bilikləri
  • Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
  • İş yeri: Bakı, Bəşir Bünyadov 37,Bakıxanov qəs., (ofis)
  • Yaş aralığı: 25 – 40

İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)

Təklif etdiklərimiz

  • Təcrübə və peşəkar kompetensiyalara uyğun əmək haqqı + bonus sistemi
  • Qidalanma kartı
  • Yol xərci və ya avtomobil mövcuddursa yanacaq  kartı
  • Davamlı təlim və inkişaf imkanları
  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
  • Mövzü hissəsində vakansiya adını və bölgəni  qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz. 

Bu vakansiya kimlər üçün Deyil

  • “Sadəcə satış etmək istəyirəm” deyənlər
  • Elmi mövzulara maraqsız olanlar
  • Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər

Bu vəzifə sahədə brend məhsulların elmi təmsilçisidir.

  • Daily28
  • Weekly479
  • Monthly2450