BioHerbal Baku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Tibbi Nümayəndə axtarırıq.
- Tibbi nümayəndə - Bakı, Sumqayıt
- Tibbi nümayəndə - Quba - Xaçmaz - Qusar
- Tibbi nümayəndə - Lənkəran
Vəzifənin məqsədi
- Tibbi Nümayəndə məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
- Bu vəzifədə əsas məqsəd məhsulların həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.
İş öhdəlikləri
- Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
- Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
- Həkimlərdən gələn elmi sual və etirazların mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
- Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
- Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
- Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
- Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
Təhsil (aidiyyatlı ixtisaslar):
- Ali Təhsil
- Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər sahələr üzrə ali təhsil üstünlükdür.
- Minimum 2 il tibbi nümayəndə olaraq təcrübə
Digər tələblər:
- Mövcüd həkim portfelinə sahib
- Peşəkar kommunikasiya bacarığı
- Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
- Səyyar iş rejiminə uyğunluq
- MS Office bilikləri
- Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
- İş yeri: Bakı, Bəşir Bünyadov 37,Bakıxanov qəs., (ofis)
- Yaş aralığı: 25 – 40
İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)
Təklif etdiklərimiz
- Təcrübə və peşəkar kompetensiyalara uyğun əmək haqqı + bonus sistemi
- Qidalanma kartı
- Yol xərci və ya avtomobil mövcuddursa yanacaq kartı
- Davamlı təlim və inkişaf imkanları
- Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
- Mövzü hissəsində vakansiya adını və bölgəni qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Bu vakansiya kimlər üçün Deyil
- “Sadəcə satış etmək istəyirəm” deyənlər
- Elmi mövzulara maraqsız olanlar
- Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər
Bu vəzifə sahədə brend məhsulların elmi təmsilçisidir.