Vəzifə öhdəlikləri:
- Uşaqların inkişaf səviyyəsinin (motor, sensor, kognitiv və adaptiv bacarıqlar) ilkin və dövri qiymətləndirilməsinin aparılması
- Autizm spektr pozuntusu, diqqət əskikliyi və hiperaktivlik (DEHB), inkişaf geriliyi, serebral iflic və digər inkişaf xüsusiyyətləri olan uşaqlarla fərdi iş
- Sensor inteqrasiya, incə və kobud motor bacarıqları, diqqət və koordinasiyanın inkişafına yönəlmiş erqoterapiya seanslarının planlaşdırılması və icrası
- Uşağın gündəlik həyat bacarıqlarının (özünəxidmət, qidalanma, geyinmə, yazı bacarıqları və s.) inkişaf etdirilməsi
- Oyun əsaslı terapiya metodlarından istifadə edərək uşağın motivasiyasının və iştirakının artırılması
- Fərdi inkişaf planlarının (FİP) hazırlanması, mütəmadi yenilənməsi və nəticələrin sənədləşdirilməsi
- Valideynlərə ev proqramlarının hazırlanması, məşğələlər və davranış strategiyaları üzrə məsləhətlərin verilməsi
- Müalicə prosesində valideynlərlə aktiv əməkdaşlıq və mütəmadi geribildirim
- Loqoped, psixoloq, fizioterapevt və xüsusi pedaqoqlarla multidissiplinar komanda şəklində iş
- Uşağın inkişaf dinamikasının izlənməsi və ehtiyac olduqda proqramın adaptasiyası
- Peşə etikası və uşaq təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi
Tələblər:
- Erqoterapiya və ya müvafiq sahə üzrə ali təhsil (Türkiyə təhsili üstünlükdür)
- Sahə üzrə iş təcrübəsi (yeni məzunlar da müraciət edə bilər)
- Uşaq inkişafı, sensor inteqrasiya və gündəlik həyat bacarıqları üzrə biliklər (arzuolunandır)
- Pasiyentlərlə individual yanaşma bacarığı
- Məsuliyyətli, səbirli və empatik münasibət
- Komandada effektiv işləmə bacarığı
- Azərbaycan dili (rus və ya ingilis dili bilikləri üstünlükdür)
- Daim öyrənməyə və peşəkar inkişaf etməyə maraq
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi, Şənbə günü qısa iş günüdür;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
- İstirahət: Bazar günü.
Müraciət qaydası:
Göstərilən tələblərə uyğun gələn namizədlərin mövzu hissəsində “Erqoterapevt” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.