Erqoterapevt

  • Истекает 5 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Uşaqların inkişaf səviyyəsinin (motor, sensor, kognitiv və adaptiv bacarıqlar) ilkin və dövri qiymətləndirilməsinin aparılması
  • Autizm spektr pozuntusu, diqqət əskikliyi və hiperaktivlik (DEHB), inkişaf geriliyi, serebral iflic və digər inkişaf xüsusiyyətləri olan uşaqlarla fərdi iş
  • Sensor inteqrasiya, incə və kobud motor bacarıqları, diqqət və koordinasiyanın inkişafına yönəlmiş erqoterapiya seanslarının planlaşdırılması və icrası
  • Uşağın gündəlik həyat bacarıqlarının (özünəxidmət, qidalanma, geyinmə, yazı bacarıqları və s.) inkişaf etdirilməsi
  • Oyun əsaslı terapiya metodlarından istifadə edərək uşağın motivasiyasının və iştirakının artırılması
  • Fərdi inkişaf planlarının (FİP) hazırlanması, mütəmadi yenilənməsi və nəticələrin sənədləşdirilməsi
  • Valideynlərə ev proqramlarının hazırlanması, məşğələlər və davranış strategiyaları üzrə məsləhətlərin verilməsi
  • Müalicə prosesində valideynlərlə aktiv əməkdaşlıq və mütəmadi geribildirim
  • Loqoped, psixoloq, fizioterapevt və xüsusi pedaqoqlarla multidissiplinar komanda şəklində iş
  • Uşağın inkişaf dinamikasının izlənməsi və ehtiyac olduqda proqramın adaptasiyası
  • Peşə etikası və uşaq təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi

Tələblər:

  • Erqoterapiya və ya müvafiq sahə üzrə ali təhsil (Türkiyə təhsili üstünlükdür)
  • Sahə üzrə iş təcrübəsi (yeni məzunlar da müraciət edə bilər)
  • Uşaq inkişafı, sensor inteqrasiya və gündəlik həyat bacarıqları üzrə biliklər    (arzuolunandır)      
  • Pasiyentlərlə individual yanaşma bacarığı
  • Məsuliyyətli, səbirli və empatik münasibət
  • Komandada effektiv işləmə bacarığı
  • Azərbaycan dili (rus və ya ingilis dili bilikləri üstünlükdür)
  • Daim öyrənməyə və peşəkar inkişaf etməyə maraq

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi, Şənbə günü qısa iş günüdür;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
  • İstirahət: Bazar günü.

Müraciət qaydası:

Göstərilən tələblərə uyğun gələn namizədlərin mövzu hissəsində “Erqoterapevt” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly533
  • Monthly540