B Bioloji Təbabət Klinikası

Marketinq Direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq Direktoru

  • Deadline 6 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bioloji Təbabət Klinikası olaraq tibbi xidmətlərimizi və xəstə məmnuniyyətimizi daha da inkişaf etdirmək üçün peşəkar və yenilikçi Marketinq Direktoru axtarırıq. İdeal namizəd həm marketinq strategiyalarının yaradılmasında, həm də tibbi sahənin spesifik tələblərini nəzərə alaraq kreativ həllərin tətbiqində təcrübəyə sahib olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi marketinq strategiyasını planlamaq və həyata keçirmək.
  • Tibbi xidmətlərin tanıtımı və reklam kampaniyalarının hazırlanması, icrası və effektivliyinin təhlili.
  • Müxtəlif hədəf qruplarına yönəlik kommunikasiya strategiyalarını müəyyənləşdirmək.
  • Tibbi sahəyə uyğun innovativ və effektiv marketinq həlləri təklif etmək.
  • Rəqəmsal marketinq strategiyalarını tətbiq etmək və sosial media platformalarında aktiv iştirak etmək.
  • Müştəri məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə bazar araşdırmaları və təhlillər aparmaq.
  • Marketinq büdcəsini idarə etmək və ROI analizləri aparmaq.
  • Komanda idarə etmək və onların professional inkişafını dəstəkləmək.
  • Tibbi sahədə beynəlxalq trendləri izləmək və müvafiq yenilikləri tətbiq etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Marketinq və ya əlaqəli sahədə ali təhsil (MBA üstünlükdür).
  • Marketinq direktoru və ya oxşar rəhbər vəzifədə iş təcrübəsi.
  • Tibbi sahədə marketinq təcrübəsi üstünlükdür.
  • Güclü liderlik və komanda idarəetmə bacarıqları.
  • Strateji düşünmə və kreativ yanaşma qabiliyyəti.

İş şəraiti: 

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq təyin edilir
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00).

Maraqlanan namizədlər CV-ləri “Marketinq Direktor” başlığı altında mail ünvanına göndərə bilərlər.  

  • Daily0
  • Weekly529
  • Monthly1665