Umico (Competo MMC) Umico (Competo MMC)
  • 913
Umico (Competo MMC)

Umico (Competo MMC)

Specialty Retail

Anbar qaytarmalar üzrə keyfiyyətə nəzarət mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbar qaytarmalar üzrə keyfiyyətə nəzarət mütəxəssisi

  • Deadline 8 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Məhsulların funksional olub-olmamasının müəyyənləşdirilməsi və aidiyyəti üzrə kateqoriyalara bölünməsi (funksional, təmirə ehtiyac olan, utilizasiya üçün və s.);
  • Məhsulların keyfiyyət standartlarına uyğun olmasına nəzarət,
  • Məhsulların vizual və funksional yoxlamalarını aparmaq;
  • Məhsulların təchizatçıya görə kateqoriyalara bölünməsi (1P, 2P və s.).
  • Qaytarılan malların vəziyyətinin göstərilən qaytarılma səbəblərinə uyğun olub-olmadığını yoxlamaq;
  • Qaytarılmış məhsulları funksional, diaqnostika tələb edən, təmirə ehtiyacı olan, utilizasiya üçün nəzərdə tutulan və s. kimi müvafiq kateqoriyalara ayırmaq;
  • Bütün qaytarılmış malların və onların statuslarının dəqiq qeydiyyatını və sənədləşdirilməsini aparmaq;
  • Qaytarılma sənədlərini dəqiq və səmərəli şəkildə emal etmək, lazım olduqda elektron bazaları yeniləmək;
  • Müştəri xidmətləri şöbəsi ilə sıx əməkdaşlıq edərək, qaytarmalarla bağlı müştəri problemlərini həll etmək;
  • Anbarda dəqiq ehtiyat səviyyəsini təmin etmək üçün dövri inventarizasiya yoxlamalarında fəal iştirak etmək;
  • Outlet üçün uyğun məhsulların seçilməsi və texniki yoxlamadan keçirilməsi;
  • Şöbə müdirinin digər göstərişlərinin icrası.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
  • Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
  • Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
  • Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.
  • Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
  • Obyektiv düşünmək bacarığı

İş şəraiti:

  • Əmək haqqı: 1000 Azn
  • İş saatı: 2/2 (ayın 18 günü) 9.00-21.00

Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Anbar qaytarmalar üzrə keyfiyyətə nəzarət mütəxəssisi” sözü qeyd edilməklə göndərməyiniz xahiş olunur.

  • Daily88
  • Weekly219
  • Monthly787