Anbar qaytarmaları xidməti üzrə mütəxəssis

Anbar qaytarmaları xidməti üzrə mütəxəssis

  • Deadline 14 Fevral 2026

Təsvir

  • Məhsulların funksional olub-olmamasının müəyyənləşdirilməsi və aidiyyəti üzrə kateqoriyalara bölünməsi (funksional, təmirə ehtiyac olan, utilizasiya üçün və s.);
  • Məhsulların keyfiyyət standartlarına uyğun olmasına nəzarət,
  • Məhsulların vizual və funksional yoxlamalarını aparmaq;
  • Məhsulların təchizatçıya görə kateqoriyalara bölünməsi (1P, 2P və s.).
  • Qaytarılan malların vəziyyətinin göstərilən qaytarılma səbəblərinə uyğun olub-olmadığını yoxlamaq;
  • Qaytarılmış məhsulları funksional, diaqnostika tələb edən, təmirə ehtiyacı olan, utilizasiya üçün nəzərdə tutulan və s. kimi müvafiq kateqoriyalara ayırmaq;
  • Bütün qaytarılmış malların və onların statuslarının dəqiq qeydiyyatını və sənədləşdirilməsini aparmaq;
  • Qaytarılma sənədlərini dəqiq və səmərəli şəkildə emal etmək, lazım olduqda elektron bazaları yeniləmək;
  • Müştəri xidmətləri şöbəsi ilə sıx əməkdaşlıq edərək, qaytarmalarla bağlı müştəri problemlərini həll etmək;
  • Anbarda dəqiq ehtiyat səviyyəsini təmin etmək üçün dövri inventarizasiya yoxlamalarında fəal iştirak etmək;
  • Outlet üçün uyğun məhsulların seçilməsi və texniki yoxlamadan keçirilməsi;
  • Şöbə müdirinin digər göstərişlərinin icrası.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
  • Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
  • Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
  • Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.
  • Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
  • Obyektiv düşünmək bacarığı

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly381
  • Monthly1168