Təsvir
- Müştəri təcrübəsini yaxşılaşdırmaq və əməliyyat effektivliyini artırmaq üçün proseslərin avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqi.
- Təkrarlanan biznes proseslərinin RPA və no-code / low-code alətləri (Microsoft Power Platform, UiPath, Zapier, Make və s.) vasitəsilə avtomatlaşdırılması.
- Rutin tapşırıqların optimallaşdırılması üçün avtomatlaşdırılmış workflow-ların yaradılması, sazlanması və dəstəklənməsi.
- AI həllərinin hazırlanması və tətbiqi, o cümlədən AI agentlərinin korporativ sistemlərə (Teams, SharePoint, CRM və s.) inteqrasiyası.
- LLM modelləri ilə iş: sazlanma, test və biznes proseslərinə inteqrasiya.
- CRM, ticketing sistemləri və müştəri dəstəyi platformalarının (çat, IVR, chatbot və s.) inteqrasiyası və optimallaşdırılması.
- Müştəri dəstəyinə düşən yükü azaltmaq və xidmət sürətini artırmaq üçün self-service həllərinin hazırlanması və inkişafı.
- Müştəri xidməti üzrə əsas göstəricilərin təhlili və bu əsasda təkmilləşdirmələrin tətbiqi.
- Biznes və əməliyyat komandaları ilə birgə əməliyyat və logistika proseslərinin optimallaşdırılması.
- Həllərin sürətli prototiplənməsi və tətbiqi üçün AI-assisted yanaşmaların (vibe coding) istifadəsi.
- Avtomatlaşdırılmış həllərin miqyaslandırılması və dəstəklənməsi üçün Azure servisləri ilə iş.
Tələblər
- Biznes proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması sahəsində iş təcrübəsi.
- Avtomatlaşdırma platformaları ilə praktik iş təcrübəsi (Microsoft Power Platform: Power Automate, Copilot Studio; UiPath, Zapier, Make və ya oxşar alətlər).
- CRM sistemləri ilə işləmək və müştəri platformalarının (Chatbot, IVR və s.) inteqrasiyası üzrə təcrübə.
- Müştəri xidməti prosesləri, ticket idarəetməsi və marketplace əməliyyatları üzrə anlayış.
- Self-service həllərinin hazırlanması və inkişaf etdirilməsi üzrə təcrübə.
- Müştəri xidməti üzrə əsas göstəricilərin təhlili bacarığı — arzuolunandır.
- IT komandaları ilə əməkdaşlıq və texniki tələblərin hazırlanması üzrə təcrübə.
- Azərbaycan və ingilis dillərində sərbəst işgüzar ünsiyyət bacarığı (şifahi və yazılı). Rus dili biliyi üstünlük hesab olunur.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Dəyərlisən” PASHA loyality proqramına üzvlük
- Medical insurance
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.