Təsvir
- Kateqoriyanın inkişafı üçün strategiyanın hazırlanması və həyata keçirilməsi, rəqibləri və istehlakçı seçimlərini analiz etmək.
- Assortimentin formalaşdırılması: hansı markalar, qiymət seqmentləri, eksklüziv mövqelər.
- Satışların effektivliyini qiymətləndirmək.
- Malların çeşidinin seçilməsi və genişləndirilməsi.
- Satıcılar və markalarla (o cümlədən beynəlxalq) danışıqların aparılması. Satış şərtlərinin, endirimlərin və bonusların razılaşdırılması.
- Ən yaxşı SKU-ların mövcudluğunun təmin edilməsi.
- Kateqoriyanın inkişafı və əsas göstəricilərin yaxşılaşdırılması: GMV, marjanlıq, dövriyyə və s.;
- Rəylərin və reytinqlərin monitorinqi.
- Markaların/məhsulların reputasiyasının idarə edilməsi.
- Xidmətin və müştəri məmnuniyyətinin yaxşılaşdırılması üçün tədbirlərin tətbiqi.
- Məhsul kartlarının vizual və mətn kontentinin təkmilləşdirilməsi.
Tələblər
- Kateqoriya meneceri / e-commerce / Ev əşyaları sahəsində 3+ il təcrübə;
- Ev əşyaları bazarını və alıcı davranışını dərindən başa düşmək;
- Excel, BI alətləri və analitika ilə işləmə bacarığı;
- Danışıqlar aparmaq və kateqoriya planlaması bacarığı;
- Ali təhsil (iqtisadiyyat, marketinq, menecment və ya oxşar sahələr);
- İngilis və ya Rus dillərindən birində yaxşı səviyyədə bilik.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- DeyerliSen (Pasha Group Loyalty Program)
- Tibbi Sığorta (işçini əhatə edən)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.