Təsvir
- Logistika əməliyyatlarına dair yerli və beynəlxalq müqavilələrin (xidmət, daşıma, anbar, tədarük, alqı-satqı və s.) hazırlanması, hüquqi təhlili və ekspertizasının aparılması;
- Təchizatçılar, daşıyıcılar, gömrük brokerləri, anbar tərəfdaşları ilə müqavilələrin hüquqi baxımdan yoxlanılması;
- Logistika proseslərinə (daşıma, anbar, idxal/ixrac, gömrük) hüquqi dəstəyin göstərilməsi;
- Dövlət orqanlarında sənədlərin qeydiyyatının və icazələrin alınmasının hüquqi müşayiəti;
- Şirkətin daxili qayda, prosedur və siyasətlərinin hüquqi baxımdan hazırlanması və yenilənməsi;
- Hüquqi risklərin monitorinqi və uyğunluğun (compliance) təmin olunması;
- Məhkəmə və ya inzibati orqanlarda şirkətin hüquqlarının müdafiəsi;
- Hüquqi sorğuların cavablandırılması və rəhbərliyə hesabatların təqdim olunması;
- Rəhbərlik tərəfindən verilmiş digər hüquqi vəzifələrin icrası
Tələblər
- Ali hüquqi təhsil;
- Hüquq sahəsində ən azı 3-5 il iş təcrübəsi (logistika, ticarət, müqavilələr sahəsində üstünlükdür);
- Azərbaycan Respublikasının mülki, ticarət və inzibati qanunvericiliyinə yaxşı bələdlik;
- Logistika və təchizat zənciri üzrə müqavilələrlə işləmə təcrübəsi arzuolunandır;
- Rus və Azərbaycan dillərində sərbəst danışıq və yazı bacarığı (ingilis dili arzuolunandır);
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və vaxtında nəticə yönümlü işləmək bacarığı
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Orta səviyyəli
- Təhsil Bakalavr
İmtiyazlar
- DeyerliSen (Pasha Group Loyalty Program)
- Tibbi Sığorta (işçini əhatə edən)
- Hibrid iş rejimi
- Rəqabətə uyğun əmək haqqı və bonusdan yararlanmaq imkanı
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.