Təsvir
- Satınalma ehtiyaclarını təchizatçılarla koordinasiya etmək, çatdırılmanın vaxtında həyata keçirilməsinə nəzarət etmək
- Sifariş vermək və optimal inventar səviyyəsini təmin etmək üçün 1P və FBU inventarını idarə etmək (proqnozlar, bazar tendensiyaları, tanıtım kampaniyaları əsasında).
- Həddindən artıq inventar və məhsul çatışmazlığının qarşısını almaq üçün proaktiv tədbirlər həyata keçirmək
- Hazırlıqdan imzalanmaya qədər müqavilə dövrünü izləmək, şirkət qaydalarına uyğunluğunu və vaxtında təsdiqlənməsini təmin etmək.
- Rəqabətli təklif təhlili aparmaq, təchizatçılardan ən əlverişli qiymət və şərtlər əldə etmək
- Maliyyə komandası ilə birgə ödəniş cədvəllərini izləmək, ödənişlərin dəqiq və vaxtında olmasını təmin etmək.
- Satınalmalar, müqavilələr və ödənişlər barədə sənədləri düzgün təşkil etmək və arxivləşdirmək.
- Satınalma zamanı ortaya çıxan problemləri müəyyənləşdirmək və təchizatçılar və daxili şöbələrlə qarşılıqlı əlaqə yolu ilə həll etmək.
Tələblər
- Ali təhsil (Bakalavr) Təchizat Zənciri və ya əlaqəli sahələr
- satınalma sahəsində 3 ildən yuxarı iş təcrübəsi
- MS Office–un xüsusilə Excel proqramında yüksək səviyyədə bacarıq
- Azərbaycan, Rus və İngilis dillərini bilmək
- 1C bilikləri arzuolunandır
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
İmtiyazlar
- DeyerliSen (Pasha Group Loyalty Program)
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.