Təsvir
- Bazarın böyümə məqsədlərinə və kateqoriya ehtiyaclarına uyğun tərəfdaşların axtarışı və cəlb edilməsi; aydın gözləntilər və performans göstəriciləri əsasında yeni təchizatçıların cəlb olunması, eləcə də müəyyən təchizatçılar üzrə Kateqoriya GM və Menecerdən istiqamətlərin alınması.
- Yeni təchizatçılarla şərtlər, qiymətlər və məhsul təklifləri üzrə danışıqların aparılması; platforma şərtlərinin təqdim edilməsi və siyasətlərin aydın şəkildə başa düşülməsinin təmin olunması.
- Bazarda operativlik və müştəri xidməti standartlarına qüsursuz inteqrasiya və uyğunlaşmanı təmin etmək üçün geridönüş mexanizminin qurulması məqsədilə dəstək qrupları ilə əməkdaşlıq.
- Təlim, sistemlərin qurulması və yeni təchizatçılar üçün ilkin performans hədəfləri daxil olmaqla, qüsursuz işə qəbul (onboarding) təcrübəsinin təmin edilməsi məqsədilə daxili komandalarla (əməliyyatlar, məhsul, hüquq) sıx əməkdaşlıq.
Tələblər
- Tərəfdaşlar və müştərilərlə 2-3 il iş təcrübəsi
- Azərbaycan və rus dil biliyi
- Excel, Word proqram biliyi
- Təqdimat bacarığı
- Detallara diqqətli, məsuliyyətli
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Vəzifə dərəcəsi Mütəxəssis
İmtiyazlar
- Rəqabətə uyğun əmək haqqı və bonusdan yararlanmaq imkanı
- Tibbi Sığorta (işçini əhatə edən)
- DeyerliSen (Pasha Group Loyalty Program)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.