Yol mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yol mühəndisi

  • Истекает 29 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Yol tikintisi layihələrinin texniki cəhətdən təhlili və layihə sənədlərinin yoxlanılması;
  • Yol həndəsəsi, yol profilləri, en kəsiklər və yol örtüyü konstruksiyalarının qiymətləndirilməsi;
  • Torpaq işləri, yol əsasının və asfalt-beton örtüyünün tikintisinə texniki nəzarət;
  • Tikinti işlərinin layihə cizgilərinə, texniki şərtlərə və qüvvədə olan standartlara uyğunluğunun yoxlanılması;
  • İcra olunmuş işlərin həcmlərinin hesablanması və müvafiq texniki hesabatların hazırlanması;
  • Mühəndislik sənədlərinin, işçi çertyojların və icra sənədlərinin hazırlanması və yoxlanılması;
  • Layihəçi, podratçı və texniki nəzarət qrupu ilə koordinasiyanın təmin edilməsi;
  • Yol tikintisi layihələri üzrə mühəndislik sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
  • Texniki sənədlərin, hesabatların və layihə sənədlərinin tərtib edilməsi;
  • Layihə sənədlərinin müvafiq texniki norma və standartlara uyğunluğunun təmin edilməsi;
  • Texniki yazışmaların və sənədləşmənin ingilis dilində aparılması;
  • Layihə komandası və digər aidiyyəti tərəflərlə koordinasiyanın təmin edilməsi;

İş qrafiki və qeydlər:

  • 5 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Baş ofis Azur plaza (8 Noyabr prospekti)
  • Əmək haqqı: 1000-1500 AZN 

Tələblər:

  • Təhsil: Yol mühəndisi (Yol və ya mülki tikinti) ixtisası üzrə ali təhsil
  • Yol mühəndisi sahəsində  azı 2 il iş təcrübəsi
  • Cinsi: Qadın
  • İngilis dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Yol mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily5
  • Weekly538
  • Monthly2507