Tələblər:
- Ali təhsil
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilmək
- Azərbaycan Respublikası Vergi Məcəlləsini bilmək
- Satış sahəsində mühasib kimi 3 ilədək iş təcrübəsi
- İngilis dili biliyi mütləqdir (minimum level pre-intermediate)
- Microsoft Office, ERP vergi və muhasibatlıq proqramlarında işləmə bacarığı
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədləri tərtib etmək və vergi orqanlarına təqdim etmək; (Mənfəət, ƏDV, ÖMV, DSMF hesabatları)
- Vergi və digər orqanlardan daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Maliyyə-mühasibatlıq sənədlərinin düzgün və vaxtında rəsmilləşdirilməsini həyata keçirmək;
- Tenderlərdə iştirak üçün balans, mənfəət-zərər hesabatlarının hazırlanması
- Statistik hesabatların təhvil verilməsi üçün məlumatların hazırlanması və təqdim edilməsi;
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət;
- Bank əməliyyatları (yerli və xarici köçürmələr)
- Bank qarantiyalarının alınması
- Müqavilələrin hazırlanması və daxil olan müqavilələrin təhlili
- Əməkhaqqı, məzuniyyət və xəstəlik vərəqələrinin işlənməsi, işçilərlə hesablaşmaların təmin edilməsi;
- Hesablanmış və ödənilmiş əmək haqqının uçotunun aparılması və sənədlərin tamlığına nəzarət;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
- İlkin mühasibat uçotu sənədlərinin, E-qaimələrin uçotunun aparılması;
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi;
- Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini icra etmək;
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, təsərrüfat mallarının, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılması;
- İnventarizasiya işinin təşkilində iştirak etmək;
- ERP sistem üzərində mühasibatlığa aid əməliyyatların əks etdirilməsi
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi;
İş şəraiti:
- Həftəiçi 5 gün saat 09:00-18:00
- Əməkhaqqı: Müsahibəyə əsasən
- İş yeri: AZ1025 Bakı, Azərbaycan Xətai rayonu, 8 Noyabr pr.15 Azure Biznes Mərkəzi
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Mühasib” yazmaqla, öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.