İş yeri: Dəniz Mall
Əsas Öhdəliklər:
- Müştəriləri nəzakətli və peşəkar şəkildə qarşılamaq, məhsullar barədə məlumat vermək və satış prosesini effektiv həyata keçirmək
- Satış və qaytarma əməliyyatlarını müəyyən edilmiş qaydalara uyğun icra etmək
- Kassa aparatı, POS terminal və digər avadanlıqlarla düzgün işləmək, nağd və qeyri-nağd ödənişləri qəbul etmək
- Maliyyə vəsaitlərinin düzgün hesablanmasını və təhvil-təslimini təmin etmək
- Məhsulların satışa hazır vəziyyətdə saxlanılmasına və mağazanın ümumi səliqəsinə nəzarət etmək
- Stok yoxlanışı və məhsulların düzgün yerləşdirilməsində iştirak etmək
- Müştəri məmnuniyyətini və satış hədəflərini təmin etmək
- Daxili qaydalara, korporativ standartlara və məxfilik prinsiplərinə riayət etmək.
Tələblər və bacarıqlar:
- Kassir və ya satış sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
- Nağd pul və POS terminal ilə işləmə bacarığı
- Güclü ünsiyyət və müştəri yönümlü yanaşma
- Məsuliyyətlilik, diqqətlilik və dürüstlük
- Komandada işləmək bacarığı
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Kassir-Satıcı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tərcümeyi halı vəzifə tələblərinə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.