Vəzifə öhdəlikləri
- Layihələr üzrə təsdiq edilmiş büdcələrin izlənilməsi və faktiki xərclərlə müqayisəsinin aparılması;
- Xərclərin büdcəyə uyğunluğunun yoxlanılması və mümkün büdcə kənarlaşmalarının müəyyən edilməsi;
- Podratçı müqavilələrinin maliyyə göstəricilərinin izlənilməsi;
- Interim Payment Certificate (IPC) sənədlərinin yoxlanılması və ödənişlərə hazırlıq prosesinin koordinasiyası;
- Layihə üzrə dövri (aylıq) Maliyyə və Xərc Analiz Hesabatlarını (Cost Report) hazırlamaq.
- Rəhbərliyə layihənin maliyyə vəziyyəti, ödənişlər və büdcə icrası barədə məlumatların təqdim edilməsi;
- Gələcək xərclərin proqnozlaşdırılması və layihənin yekun maliyyə nəticəsinin qiymətləndirilməsi.
Vəzifə üzrə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə təcrübə 5 il+
- Tikinti layihələrində büdcə və xərclərə nəzarət prinsipləri üzrə bilik;
- Müqavilə və ödəniş sənədləri ilə işləmə bacarığı;
- IPC və podratçı hesablaşmaları;
- Excel-də yüksək səviyyədə işləmə bacarığı;
- Tikinti və ya layihə idarəetməsi sahəsində büdcə, cost control və ya müqavilə üzrə iş təcrübəsi üstünlükdür
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
- Maliyyə məlumatlarının təhlili və hesabatların hazırlanması;
- Detallara diqqət və yüksək dəqiqlik;
- Müxtəlif şöbələr və podratçılarla effektiv kommunikasiya bacarığı.
- Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət
- Stressə davamlılıq və eyni vaxtda bir neçə tapşırığın icrası bacarığı
- Güclü ünsiyyət və koordinasiya qabiliyyəti
- Dil bilikləri Azərbaycan dili əla, rus və ingili dili yaxşı səviyyədə olmalı.
- Kompüter bilikləri – MS Office proqramları, AutoCAD;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş saatı: 09:00-18.00
- İş qrafiki: Həftə içi 5 gün
Müraciət etmək istəyən namizədlərdən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.Vakansiyanın şərtlərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcəklər.