BMG International komandası üçün kreativ və nəticəyönümlü SMM mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Instagram, Facebook, LinkedIn, TikTok üzrə sosial media hesablarının idarə olunması;
- Kontent plan və paylaşım strategiyasının hazırlanması;
- Post, reels və storilər üçün kreativ ideyaların verilməsi;
- Meta Ads reklam kampaniyalarının qurulması və optimizasiyası;
- Hədəf auditoriyanın analizi və reklam strategiyasının optimizasiyası;
- Reklam nəticələrinin izlənməsi və hesabatların təqdim olunması;
- Satış yönümlü kontent və engagement strategiyalarının hazırlanmasında iştirak;
- Trendlərin izlənməsi və brendin rəqəmsal inkişafına töhfə vermək.
- Komanda ilə koordinasiyalı işləmək.
Tələblər:
- SMM və target sahəsində minimum 1 il iş təcrübəsi;
- Meta Ads Manager ilə peşəkar işləmək bacarığı;
- Kreativ düşüncə və trend analizi bacarığı;
- Azərbaycan dilində səlis yazı və şifahi kommunikasiya bacarığı (rus və ingilis dili üstünlükdür);
- Canva, CapCut və digər kontent alətləri ilə işləmə bacarığı üstünlükdür;
- Analitik düşüncə və nəticəyönümlülük;
- Komanda ilə işləmə və vaxt idarəetməsi bacarığı.
Biz təklif edirik:
- İnkişaf edən şirkətdə karyera imkanı;
- Real yerli və beynəlxalq layihələr və böyük auditoriyalarla işləmək imkanı;
- Komfortlu iş mühiti;
- Motivasiyaedici əmək haqqı və bonus sistemi;
İş yeri: BMG International
Maraqlanan namizədlər öz CV-lərini portfolio Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Mövzu hissəsində qeyd edin: “SMM Mütəxəssisi”