İşin Təsviri
- Biz tikinti və sənaye materiallarının B2B satışı sahəsində sürətli böyüyürük. Məqsədimiz – ofisə daxil olduğu ilk aylardan satış həcmini rəqəmlərlə artıracaq, bazarı tanıyan və aktiv satış edə bilən Satış Meneceri tapmaqdır.
İş şəraiti
- İş yeri: Bakı (ofis əsaslı + sahə görüşləri)
- İş rejimi: Tam ştat
Əsas vəzifələr
- B2B müştərilərin (tikinti şirkətləri, podratçılar, distribyutorlar) aktiv şəkildə cəlb edilməsi
- Mövcud müştəri portfelinin idarə olunması və satışların artırılması
- Gündəlik zənglər, görüşlər və kommersiya təkliflərinin hazırlanması
- Satış funnel-i idarə etmək və aylıq satış planını yerinə yetirmək
- Bazarı, rəqibləri və qiymət trendlərini analiz etmək
- CRM sistemində satış proseslərinin izlənməsi
- Satış nəticələrinin konkret KPI-lar və rəqəmlərlə hesabatı
Namizəd üçün tələblər
Mütləq tələblər:
- B2B satış sahəsində ən azı 2 il təcrübə (tikinti, sənaye, material satışı-mütləq)
- Aktiv satış, cold call və görüş təcrübəsi
- Danışıqlar aparmaq və müqavilə bağlama bacarığı
- Satış nəticələrini rəqəmlərlə ifadə edə bilmək (məs: aylıq dövriyyə, bağlanan müqavilələr)
- Azərbaycan dili – sərbəst
- Rus və ya İngilis dili – üstünlükdür
- MS Excel / CRM ilə işləmə bacarığı
Üstünlüklər:
- Tikinti materialları, mühəndislik və ya texniki məhsullar üzrə satış təcrübəsi
- Şirkətlər və layihə əsaslı satış kanalları ilə işləmə bacarığı
- Sürücülük vəsiqəsi
Biz nə təklif edirik?
- Rəqabətədavamlı fix maaş + satışdan bonus
- Aydın KPI sistemi – nə qədər satırsansa, o qədər qazanırsan
- Geniş məhsul portfeli və real bazar tələbi olan materiallar
- Qısa qərarvermə prosesi və çevik rəhbərlik
- Peşəkar inkişaf və karyera artımı imkanı
Kimləri axtarırıq?
- “Ofisə gəldim, ilk 3 ayda X AZN satış etdim” deyə bilən
- Aktiv, təşəbbüskar və nəticəyə fokuslanan
- “Gözləyən” yox, müştəri axtaran satışçı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.