BMY Caspian MMC BMY Caspian MMC
  • 250

B2B Satış Meneceri (Materialların satışı)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

B2B Satış Meneceri (Materialların satışı)

  • Истекает 1 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin Təsviri

  • Biz tikinti və sənaye materiallarının B2B satışı sahəsində sürətli böyüyürük. Məqsədimiz – ofisə daxil olduğu ilk aylardan satış həcmini rəqəmlərlə artıracaq, bazarı tanıyan və aktiv satış edə bilən Satış Meneceri tapmaqdır.

İş şəraiti

  • İş yeri: Bakı (ofis əsaslı + sahə görüşləri)
  • İş rejimi: Tam ştat

Əsas vəzifələr

  • B2B müştərilərin (tikinti şirkətləri, podratçılar, distribyutorlar) aktiv şəkildə cəlb edilməsi
  • Mövcud müştəri portfelinin idarə olunması və satışların artırılması
  • Gündəlik zənglər, görüşlər və kommersiya təkliflərinin hazırlanması
  • Satış funnel-i idarə etmək və aylıq satış planını yerinə yetirmək
  • Bazarı, rəqibləri və qiymət trendlərini analiz etmək
  • CRM sistemində satış proseslərinin izlənməsi
  • Satış nəticələrinin konkret KPI-lar və rəqəmlərlə hesabatı

Namizəd üçün tələblər

Mütləq tələblər:

  • B2B satış sahəsində ən azı 2 il təcrübə (tikinti, sənaye, material satışı-mütləq)
  • Aktiv satış, cold call və görüş təcrübəsi
  • Danışıqlar aparmaq və müqavilə bağlama bacarığı
  • Satış nəticələrini rəqəmlərlə ifadə edə bilmək (məs: aylıq dövriyyə, bağlanan müqavilələr)
  • Azərbaycan dili – sərbəst
  • Rus və ya İngilis dili – üstünlükdür
  • MS Excel / CRM ilə işləmə bacarığı

Üstünlüklər:

  • Tikinti materialları, mühəndislik və ya texniki məhsullar üzrə satış təcrübəsi
  • Şirkətlər və layihə əsaslı satış kanalları ilə işləmə bacarığı
  • Sürücülük vəsiqəsi

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı fix maaş + satışdan bonus
  • Aydın KPI sistemi – nə qədər satırsansa, o qədər qazanırsan
  • Geniş məhsul portfeli və real bazar tələbi olan materiallar
  • Qısa qərarvermə prosesi və çevik rəhbərlik
  • Peşəkar inkişaf və karyera artımı imkanı

Kimləri axtarırıq?

  • “Ofisə gəldim, ilk 3 ayda X AZN satış etdim” deyə bilən
  • Aktiv, təşəbbüskar və nəticəyə fokuslanan
  • “Gözləyən” yox, müştəri axtaran satışçı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly590
  • Monthly2532