İnsan Resursları üzrə aparıcı mütəxəssis

  • Истекает 11 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, təlimatlara və  rəhbərin əmrinə uyğun olaraq işçilərin işə qəbulunun rəsmiləşdirilməsi, lazımi sənədlərin hazırlanması;
  • Məzuniyyət qrafikinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl  üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət, əmək haqqı və vəzifə dəyişikliyi, mükafat, xəbərdarlıq, töhmət, avans və s. bütün növ əmrlərin və digər əlaqəli sənədlərin hazırlanması;
  • Əmək müqaviləsi bildirişlərinin və əmək müqaviləsinə edilən bütün dəyişikliklərin elektron informasiya sisteminə (ƏMAS)  daxil edilməsi;
  • Yeni işçilərin bütün şəxsi məlumatlarının, işdən çıxanların, vəzifə və əmək haqqı dəyişikliklərinin Tabus proqramına qeyd edilməsi;
  • Əmək haqqı tabelinin hazırlanması, mütəmadi olaraq bütün məzuniyyət və ezamiyyə əmrlərinin, vəzifə və əmək haqqı dəyişikliklərinin, icazə, xəstəlik vərəqəsi və s. davamsızlıq hallarının tabelə əlavə edilməsi;
  • İşdən azad olunan işçinin qanunvericiliyə uyğun olaraq işinə xitam verilməsi, kompensasiyaların hesablanması, təhvil-təslimin həyata keçirilməsi;
  • İşçilərin davamiyyət faylının hazırlanması;
  • Hamiləlik və doğuşa görə məzuniyyət ilə əlaqədar sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
  • İR üzrə menecerin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Yaş həddi: 25-35;
  • Ali təhsil;
  • Müvafiq vəzifə üzrə min. 1-2 il iş təcrübəsi; 
  • Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus və İngilis dili bilikləri arzu olunandır;
  • İR üzrə müvafiq sertifikatların olması zəruridir;
  • Sənədlərlə işləmək bacarığı;
  • Problem həll etmək bacarığı;
  • Ciddi, intizamlı, səliqəli,  məsuliyyətli, dəqiq və etibarlı olmalı.

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00.

Sizə nə təklif edirik?

  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri; 
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21

  • Daily120
  • Weekly158
  • Monthly742