Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, təlimatlara və rəhbərin əmrinə uyğun olaraq işçilərin işə qəbulunun rəsmiləşdirilməsi, lazımi sənədlərin hazırlanması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət, əmək haqqı və vəzifə dəyişikliyi, mükafat, xəbərdarlıq, töhmət, avans və s. bütün növ əmrlərin və digər əlaqəli sənədlərin hazırlanması;
- Əmək müqaviləsi bildirişlərinin və əmək müqaviləsinə edilən bütün dəyişikliklərin elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi;
- Yeni işçilərin bütün şəxsi məlumatlarının, işdən çıxanların, vəzifə və əmək haqqı dəyişikliklərinin Tabus proqramına qeyd edilməsi;
- Əmək haqqı tabelinin hazırlanması, mütəmadi olaraq bütün məzuniyyət və ezamiyyə əmrlərinin, vəzifə və əmək haqqı dəyişikliklərinin, icazə, xəstəlik vərəqəsi və s. davamsızlıq hallarının tabelə əlavə edilməsi;
- İşdən azad olunan işçinin qanunvericiliyə uyğun olaraq işinə xitam verilməsi, kompensasiyaların hesablanması, təhvil-təslimin həyata keçirilməsi;
- İşçilərin davamiyyət faylının hazırlanması;
- Hamiləlik və doğuşa görə məzuniyyət ilə əlaqədar sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
- İR üzrə menecerin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Yaş həddi: 25-35;
- Ali təhsil;
- Müvafiq vəzifə üzrə min. 1-2 il iş təcrübəsi;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus və İngilis dili bilikləri arzu olunandır;
- İR üzrə müvafiq sertifikatların olması zəruridir;
- Sənədlərlə işləmək bacarığı;
- Problem həll etmək bacarığı;
- Ciddi, intizamlı, səliqəli, məsuliyyətli, dəqiq və etibarlı olmalı.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət;
- Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
- Karyera və inkişaf perspektivləri;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21