Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- AKB müraciəti üzrə müştərilərin qəbulu;
- AKB ərizələrinin imzalanması və proses haqqında borcalanlara real və zəng üzərindən məlumat verilməsi;
- Həftə ərzində daxil olan AKB ərizələr toplusunun portala yüklənməsi;
- Yüklənmələrin uğurla başa çatması və prosesin icrasına 12 iş günü müddətində nəzarət;
- Digər filialdan gələn ərizələrin mail üzərindən qəbulu və eyni qaydada portala yüklənməsi və prosesin icrasına nəzarət;
- İşin icraatının aparılması ilə bağlı zəng və məktubların cavablandırılması;
- Məhkəməyə MKR-lə bağlı olunmuş şikayət məktublarının cavablandırılması və hüquqi yolla əsaslandırılması;
- Şikayətçi borcalanların şikayəti əsaslıdırsa icra olunmuş MKR məlumatlarının yenidən düzəliş edilərək vəya ümumən MKR-dən silinməsinin təşkili;
- Daxil olan problemli zənglərin cavablandırılması;
- Kollektorların təqdim etdiyi AKB ilə bağlı müştərilərin işlərinin araşdırılması;
- Onlayn bank sistemi ilə işləmək;
- Məlumatların 1C proqramına daxil edilməsi və işlənməsi;
- Daxil edilmiş məlumatların düzgünlüyünün yoxlanılması;
- Bank əməliyyatları və müvafiq sənədlərlə işləmək;
- Yekun icra haqqında məlumatın müştərilərə və rəhbərliyə təqdim olunması;
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat və s. digər əlaqəli ixtisaslar)
- Müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;
- 1C proqramında işləmə bacarığı;
- Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
- Ünsiyyət və komanda ilə işləmək bacarıqları;
- Müştərilərlə davranış etikası;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət;
- Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
- Karyera və inkişaf perspektivləri;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Bakı, Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21