Mütəxəssis (Maliyyə departamenti)

  • Истекает 10 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • AKB müraciəti üzrə müştərilərin qəbulu;
  • AKB ərizələrinin imzalanması və proses haqqında borcalanlara real və zəng üzərindən məlumat verilməsi;
  • Həftə ərzində daxil olan AKB ərizələr toplusunun portala yüklənməsi;
  • Yüklənmələrin uğurla başa çatması və prosesin icrasına 12 iş günü müddətində nəzarət;
  • Digər filialdan gələn ərizələrin mail üzərindən qəbulu və eyni qaydada portala yüklənməsi və prosesin icrasına nəzarət;
  • İşin icraatının aparılması ilə bağlı zəng və məktubların cavablandırılması;
  • Məhkəməyə MKR-lə bağlı olunmuş şikayət məktublarının cavablandırılması və hüquqi yolla əsaslandırılması;
  • Şikayətçi borcalanların şikayəti əsaslıdırsa icra olunmuş MKR məlumatlarının yenidən düzəliş edilərək vəya ümumən MKR-dən silinməsinin təşkili;
  • Daxil olan problemli zənglərin  cavablandırılması;
  • Kollektorların təqdim etdiyi AKB ilə bağlı müştərilərin işlərinin araşdırılması;
  • Onlayn bank sistemi ilə işləmək;
  • Məlumatların 1C proqramına daxil edilməsi və işlənməsi;
  • Daxil edilmiş məlumatların düzgünlüyünün yoxlanılması;
  • Bank əməliyyatları və müvafiq sənədlərlə işləmək;
  • Yekun icra haqqında məlumatın müştərilərə və rəhbərliyə təqdim olunması;

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat və s. digər əlaqəli ixtisaslar)
  • Müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;
  • 1C proqramında işləmə bacarığı;
  • Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
  • Ünsiyyət və komanda ilə işləmək bacarıqları;
  • Müştərilərlə davranış etikası;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00.

Sizə nə təklif edirik?

  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri; 
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Bakı, Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21

  • Daily2
  • Weekly622
  • Monthly1098