Problemli aktivlərin idarə edilməsi üzrə rəhbər (Gəncə)

  • Истекает 4 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Kredit portfelinin idarə olunması;
  • Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
  • Şöbənin əməkdaşlarının işinə nəzarət edilməsi;
  • Rəhbərlik tərəfindən qoyulmuş yığım hədəflərinin yerinə yetrilməsinə nəzarət edilməsi;
  • Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icra edilməsi;
  • Şöbədaxili əməkdaşların seçilməsi, işə qəbulu, yerləşdirilməsi və işdən azad olunması;
  • Öz fəaliyyəti ilə bağlı rəhbərliyə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat verilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Bank və ya BOKT sektorunda idarəetmə üzrə azı 2 (iki) il, rəhbər vəzifədə azı 3 (üç) il iş təcrübəsi;
  • Call center sahəsində iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); 
  • İstirahət günü: şənbə və bazar.
  • Nahar fasiləsi: 13:00 – 14:00;

Sizə nə təklif edirik?

  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Korporativ nömrəylə təmin edilmə;
  • Karyera və inkişaf perspektivləri.

Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Gəncə, Nizami ray. Əttarlar küç, 137

  • Daily62
  • Weekly429
  • Monthly430