Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Kredit portfelinin idarə olunması;
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
- Şöbənin əməkdaşlarının işinə nəzarət edilməsi;
- Rəhbərlik tərəfindən qoyulmuş yığım hədəflərinin yerinə yetrilməsinə nəzarət edilməsi;
- Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icra edilməsi;
- Şöbədaxili əməkdaşların seçilməsi, işə qəbulu, yerləşdirilməsi və işdən azad olunması;
- Öz fəaliyyəti ilə bağlı rəhbərliyə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat verilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Bank və ya BOKT sektorunda idarəetmə üzrə azı 2 (iki) il, rəhbər vəzifədə azı 3 (üç) il iş təcrübəsi;
- Call center sahəsində iş təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- İstirahət günü: şənbə və bazar.
- Nahar fasiləsi: 13:00 – 14:00;
Sizə nə təklif edirik?
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Korporativ nömrəylə təmin edilmə;
- Karyera və inkişaf perspektivləri.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Gəncə, Nizami ray. Əttarlar küç, 137