İş yeri: Bakı, Gəncə və Ağcabədi şəhərlərində BOKT AzKredit ASC-nin Bakı, Gəncə və Ağcabədi nümayəndəliklərində olacaq.
Əsas vəzifə və öhdəlikləri:
- Bazar araşdırılması və sorğuların həyata keçirilməsini təşkil etmək, yaxud köməklik göstərmək;
- Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
- Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlilini aparmaq;
- Zəruri olduqda girov kimi təqdim olunan əmlakın girov qoyulmasında iştirak etmək;
- Kredit ərizələrini hazırlamaq və kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim etmək;
- Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil (İqtisadiyyat və ya biznes idarəçiliyi üzrə ali təhsili olanlara üstünlük verilir);
- Mikrokreditlərin verilməsi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti;
- Word, Excel proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
- İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq, biznes təhlillər aparmaq bacarığı;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail vasitəsilə təqdim etsinlər. E-məktubunuzun mövzu hissəsində “Kredit mütəxəssisi (Bakı, Gəncə və ya Ağcabədi)” qeyd edin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.