BOKT AzKredit ASC BOKT AzKredit ASC
  • 196

BOKT AzKredit ASC

Maliyyə xidmətləri

Maliyyə şöbəsinin mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə şöbəsinin mütəxəssisi

  • Deadline 3 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Baş ofis (Bakı şəhəri) olacaq

Vəzifənin məqsədi:

BOKT-un maliyyə uçot sisteminin düzgün aparılmasına dəstək vermək, kredit əməliyyatları üzrə uçot və hesabatların hazırlanmasında iştirak etmək, nizamlayıcı qurumlara təqdim olunan hesabatlarda dəqiqliyi təmin etmək.

Əsas vəzifə və funksiyalar:

  • Kredit əməliyyatları üzrə ilkin sənədlərin sistemə daxil edilməsi və yoxlanılması;
  • Azərbaycan Mərkəzi Bankı və digər nəzarət orqanlarına təqdim olunan maliyyə hesabatlarının hazırlanmasına dəstək;
  • Kredit portfeli üzrə dövri hesabatların (gecikmələr, faiz gəlirləri, restrukturizasiya və s.) hazırlanması;
  • Vergi hesabatlarının hazırlanmasında maliyyə şöbəsinə dəstək;
  • Müştəri ödənişlərinin və borc qalıqlarının izlənməsi;
  • Daxili audit, yoxlamalar və xarici audit proseslərində tələb olunan məlumatların toplanmasında iştirak;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat üzrə ali təhsil;
  • BOKT-larda və ya maliyyə təşkilatlarında təcrübə;
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word, Excel) yüksək səviyyədə işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Tələbkarlıq, Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail vasitəsilə təqdim etsinlər. 

E-məktubunuzun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Nümunə: Maliyyə şöbəsinin mütəxəssisi) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily147
  • Weekly660
  • Monthly540