BOKT AzKredit MMC BOKT AzKredit MMC
  • 382

BOKT AzKredit MMC

Financial services

Maliyyə və İnzibati işlər üzrə mütəxəssis (Gəncə nümayəndəliyi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə və İnzibati işlər üzrə mütəxəssis (Gəncə nümayəndəliyi)

  • Истекает 3 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Gəncə nümayəndəliyində olacaq

Əsas vəzifə və öhdəlikləri:

  • Rəhbər tərəfindən verilən tapşırıqların icra edilməsi;
  • Təşkilatdaxili və təşkilatxarici telefon və digər telekommunikasiya əlaqələrinin qurulmasını təmin etmək;
  • Telefon zənglərini cavablandırmaq, ehtiyac olduqda aidiyyatı şəxslərə yönləndirmək;
  • Kredit sənədlərinin hazırlanması və müvafiq proqrama işlənilməsi;
  • Sənədlərin surətinin çıxarılmasında, skan edilməsində digər işçilrər texniki dəstək göstərmək;
  • Nümayəndəlik ilə bağlı sənədlərin, məlumatların aidiyyatı şəxslərə elektron və ya poçt xidməti ilə çatdırılmasının təmin edilməsi;
  • Təşkilatın fəaliyyətinin təmin olunmasında iştirak edən bütün sənədlərin qovluqlarda yerləşdirilməsinin təmin edilməsi;
  • Daxil olan sənədlərin müvafiq işçilərə göndərilməsi və ümümi kargüzarlıq işinin təşkili;
  • Girov kimi qoyulan qızıl, zinyət və digər əşyaların dövriyyəsinin uçotunun təşkili və nəzarət edilməsini təmin etmək;
  • Dəbbə borcunun hesablanması.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil (maliyyə təhsili olanlara üstünlük veriləcək);
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word, Excel) yüksək səviyyədə işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Tələbkarlıq, Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail vasitəsilə təqdim etsinlər. 

E-məktubunuzun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və şəhəri (Nümunə: Maliyyə və İnzibati işlər üzrə mütəxəssis _Gəncə) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily135
  • Weekly251
  • Monthly802