İş yeri: Gəncə nümayəndəliyində olacaq
Əsas vəzifə və öhdəlikləri:
- Rəhbər tərəfindən verilən tapşırıqların icra edilməsi;
- Təşkilatdaxili və təşkilatxarici telefon və digər telekommunikasiya əlaqələrinin qurulmasını təmin etmək;
- Telefon zənglərini cavablandırmaq, ehtiyac olduqda aidiyyatı şəxslərə yönləndirmək;
- Kredit sənədlərinin hazırlanması və müvafiq proqrama işlənilməsi;
- Sənədlərin surətinin çıxarılmasında, skan edilməsində digər işçilrər texniki dəstək göstərmək;
- Nümayəndəlik ilə bağlı sənədlərin, məlumatların aidiyyatı şəxslərə elektron və ya poçt xidməti ilə çatdırılmasının təmin edilməsi;
- Təşkilatın fəaliyyətinin təmin olunmasında iştirak edən bütün sənədlərin qovluqlarda yerləşdirilməsinin təmin edilməsi;
- Daxil olan sənədlərin müvafiq işçilərə göndərilməsi və ümümi kargüzarlıq işinin təşkili;
- Girov kimi qoyulan qızıl, zinyət və digər əşyaların dövriyyəsinin uçotunun təşkili və nəzarət edilməsini təmin etmək;
- Dəbbə borcunun hesablanması.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil (maliyyə təhsili olanlara üstünlük veriləcək);
- Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
- Kompüterdə (Outlook, MS Word, Excel) yüksək səviyyədə işləmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Tələbkarlıq, Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
- Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
- Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və şəhəri (Nümunə: Maliyyə və İnzibati işlər üzrə mütəxəssis _Gəncə) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.