İş barədə məlumat
- Məlumat bazalarından əldə edilən məlumatların toplanması, təmizlənməsi, strukturlaşdırılması və analizi
- Biznes və rəhbərlik üçün operativ və analitik hesabatların hazırlanması
- Power BI və digər analitika alətləri vasitəsilə vizual hesabatların və dashboard-ların qurulması
- Bank Proqram Təminatı (Loan Management System – LMS) üzrə funksional və inzibati dəstəyin göstərilməsi
- LMS daxilində yaranan xətaların ilkin analizi, səbəblərin müəyyənləşdirilməsi və yoxlanılması
- Funksional və texniki problemlər üzrə ilk səviyyəli dəstəyin təmin edilməsi
- Problemin daxili resurslarla həlli mümkün olmadıqda developer komandası ilə əlaqə saxlanılması, texniki izahatın verilməsi və həll prosesinin izlənilməsi
- API-lər (REST / SOAP) üzərindən ötürülən məlumatların (JSON / XML) analizi və yoxlanılması
- Bank Tətbiqləri daxilində istifadəçi hüquqlarının, rolların və limitlərin idarə edilməsi
- İT və biznes komandaları arasında koordinasiya və kommunikasiya rolunun icrası
- Zərurət olduqda qeyri-iş saatlarında operativ dəstəyin göstərilməsi
Namizədə tələblər
Təhsil və ümumi biliklər
- Ali təhsil
- Analitik və sistemli düşünmə bacarığı
- Problem analizi və səbəb-nəticə əlaqələrini qurma bacarığı
- Rus və ya İngilis dili – danışıq səviyyəsində
- Məsuliyyətlilik və operativlik
- Komanda ilə işləmə bacarığı
- Yüksək diqqət və detallara həssaslıq
- Çevik iş mühitinə uyğunlaşma bacarığı
Texniki bacarıqlar
- SQL (MSSQL) – məlumatların seçilməsi və analizi (SELECT, JOIN, WHERE, GROUP BY)
- Power BI – hesabat və dashboard hazırlanması
- Məlumatların emalı və strukturlaşdırılması üzrə təcrübə
- SQL və Web servislərin işləmə prinsipləri üzrə biliklər
- REST və SOAP API-lərdən daxil olan sorğu və cavabların (request/response) analizi üzrə təcrübə
- JSON və XML strukturlu məlumatların analizi və strukturunun yoxlanılması üzrə təcrübə
Bank Tətbiqləri üzrə bacarıqlar
- Bank Proqram Təminatı (Loan Management System və oxşar sistemlər) ilə işləmə təcrübəsi (üstünlükdür)
Bank Tətbiqləri daxilində:
- funksional və inzibati əməliyyatların icrası
- istifadəçi hüquqlarının və limitlərin idarə edilməsi
- Funksional problemlərin developer komandası üçün texniki dildə izah edilməsi bacarığı
İş qrafiki
- Bazar ertəsi – Cümə
- Saat 09:00 – 18:00 (Zərurət olduqda çevik və qeyri-iş saatlarında dəstək)
Əmək haqqı
- Bilik və təcrübəyə uyğun olaraq razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.