BOKT Embafinans MMC BOKT Embafinans MMC
  • 568

BOKT Embafinans MMC

Financial services

Data Analitik və Bank Tətbiqləri üzrə Dəstək Mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Data Analitik və Bank Tətbiqləri üzrə Dəstək Mütəxəssisi

  • Истекает 7 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş barədə məlumat

  • Məlumat bazalarından əldə edilən məlumatların toplanması, təmizlənməsi, strukturlaşdırılması və analizi
  • Biznes və rəhbərlik üçün operativ və analitik hesabatların hazırlanması
  • Power BI və digər analitika alətləri vasitəsilə vizual hesabatların və dashboard-ların qurulması
  • Bank Proqram Təminatı (Loan Management System – LMS) üzrə funksional və inzibati dəstəyin göstərilməsi
  • LMS daxilində yaranan xətaların ilkin analizi, səbəblərin müəyyənləşdirilməsi və yoxlanılması
  • Funksional və texniki problemlər üzrə ilk səviyyəli dəstəyin təmin edilməsi
  • Problemin daxili resurslarla həlli mümkün olmadıqda developer komandası ilə əlaqə saxlanılması, texniki izahatın verilməsi və həll prosesinin izlənilməsi
  • API-lər (REST / SOAP) üzərindən ötürülən məlumatların (JSON / XML) analizi və yoxlanılması
  • Bank Tətbiqləri daxilində istifadəçi hüquqlarının, rolların və limitlərin idarə edilməsi
  • İT və biznes komandaları arasında koordinasiya və kommunikasiya rolunun icrası
  • Zərurət olduqda qeyri-iş saatlarında operativ dəstəyin göstərilməsi

Namizədə tələblər

Təhsil və ümumi biliklər

  • Ali təhsil 
  • Analitik və sistemli düşünmə bacarığı
  • Problem analizi və səbəb-nəticə əlaqələrini qurma bacarığı
  • Rus və ya İngilis dili – danışıq səviyyəsində
  • Məsuliyyətlilik və operativlik
  • Komanda ilə işləmə bacarığı
  • Yüksək diqqət və detallara həssaslıq
  • Çevik iş mühitinə uyğunlaşma bacarığı

Texniki bacarıqlar

  • SQL (MSSQL) – məlumatların seçilməsi və analizi (SELECT, JOIN, WHERE, GROUP BY)
  • Power BI – hesabat və dashboard hazırlanması
  • Məlumatların emalı və strukturlaşdırılması üzrə təcrübə
  • SQL və Web servislərin işləmə prinsipləri üzrə biliklər
  • REST və SOAP API-lərdən daxil olan sorğu və cavabların (request/response) analizi üzrə təcrübə
  • JSON və XML strukturlu məlumatların analizi və strukturunun yoxlanılması üzrə təcrübə

Bank Tətbiqləri üzrə bacarıqlar

  • Bank Proqram Təminatı (Loan Management System və oxşar sistemlər) ilə işləmə təcrübəsi (üstünlükdür)

Bank Tətbiqləri daxilində:

  • funksional və inzibati əməliyyatların icrası
  • istifadəçi hüquqlarının və limitlərin idarə edilməsi
  • Funksional problemlərin developer komandası üçün texniki dildə izah edilməsi bacarığı

İş qrafiki

  • Bazar ertəsi – Cümə
  • Saat 09:00 – 18:00 (Zərurət olduqda çevik və qeyri-iş saatlarında dəstək)

Əmək haqqı

  • Bilik və təcrübəyə uyğun olaraq razılaşma yolu ilə

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily121
  • Weekly375
  • Monthly1162